"Uşağın səhhətində narahatlıq hiss edilən kimi..."

Uşaqda COVID-19 simptomları müşahidə edilirsə, onun test olunması mütləqdir. Uşaqlar COVID-19 xəstəliyini, adətən, yüngül keçirsələr də, məsələyə etinasız yanaşmaq olmaz. Nəzərə almaq lazımdır ki, immuniteti zəif, artıq çəkidən əziyyət çəkən, o cümlədən nevroloji problemləri olan uşaqlar koronavirusu çox ağır keçirə bilərlər. Belə problemlər olmadığı halda, uşaqlar COVID-19-u, adətən, yüngül və ya orta keçirirlər. Nadir hallarda isə bəzi uşaqlar infeksiyanı yüngül keçirsələr də, sağaldıqdan sonra onlarda orqanizmin bütün sistemlərini əhatə edən bir sıra xəstəliklər ortaya çıxa bilər. Lakin narahat olmağa dəyməz, çünki həmin xəstəliklərin də müalicəsi var.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov deyib.
Həkim-mütəxəssis bildirib ki, valideynlər qızdırması yüksək olan uşaqları çox qalın geyindirməməli, onlara bol maye içirtməli və istirahətlərini təmin etməlidirlər.
E.Rəhimovun dediyinə görə, infeksiya əlamətləri olan uşağı məktəbə və ya bağçaya göndərmək olmaz: "Uşağın səhhətində narahatlıq hiss edilən kimi həkim müayinəsi mütləq aparılmalıdır. Əlavə olaraq, uşaqları özbaşına müalicə etmək olmaz. Bəzi valideynlər övladları xəstələndiyi zaman aptekə üz tutaraq müxtəlif antibiotiklər alır və uşağı özbaşına müalicə etməyə çalışırlar. Əgər həmin dərman preparatları doğru təyinat olmazsa, uşağa çox zərər verə bilər. Həmçinin şəxsi gigiyenanın əhəmiyyətini qabartmaq, məsələni düzgün şəkildə uşaqlara izah etmək lazımdır. Əl təmizliyi, tibbi maskadan istifadə kimi gigiyenik qaydalara əməl etmək xüsusilə pandemiya dövründə çox vacibdir. Uşaqlar bir-biri ilə, mümkün olduğu qədər, yaxın təmasda olmamalı, onlar xəstələrdən uzaq saxlanılmalıdırlar. Gigiyenik qaydalar, onların vacibliyi və tətbiqi uşaqlara aşılanmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1007   Tarix: 09 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geymler 2026 toy gecesi toy makiyaji sekilleri şirniyyatların hazırlanması alimlər qonaq otaqi dizayni sarımsaq kosmetika uzeyir hacibeyli banan novruz bayramı burclerin uyumu hakista sozler