Uşağınızın qaçırılmasını istəmirsinizsə, ona bu QAYDAları öyrədin! Psixoloqun tövsiyələri

Uşağınızın qaçırılmasını istəmirsinizsə, ona bu QAYDAları öyrədin! Psixoloqun tövsiyələriSon zamanlar uşaqların qaçırılması mövzusu mətbuatın gündəmindən düşmür. Uşaqlarımızı necə müdafiə edək? Axı valideyn hər zaman uşağın yanında ola bilmir!
Uşaqlar bağçaya, məktəbə gedir, çöldə, parkda oynayırlar və s. Hətta valideyn uşağın yanında olsa belə azyaşlı yenə də qaçırıla bilər.
Tanınmış Rusiyalı psixoloq Marina Romanenko uşaqların qaçırılmasının qarşısını almaq üçün uşaqlara çox sadə özünü müdafiə qaydalarını öyrətməyi tövsiyə edir. Saglamolun.az sizə bu sadə və eyni zamanda effektli qaydaları ilə tanış edir:
- Yad (tanımadığın, ailəyə aid olmadığın) insanlara inanma.
Bu əsas qaydadır ki, bütün digər qaydalar buna söykənir. Uşaq istənilən yad insana potensial təhlükə kimi baxmalıdır. Təəssüf ki, biz bunu uşağa aşılamağa məcburuq. Böyüyəndə o, özü anlayacaq kimə etibar etmək olar, kimə isə olmaz.
- Yad insanlarla danışma.
Adətən uşaqlar daha çox kişilərdən ehtiyat edir. Lakin uşağa anlatmaq lazımdır ki, tək kişilərlə deyil, tanımadığın cavan və ya yaşlı qadınlarla, yaşlı kişilərlə və s. danışmaq olmaz.
- Yad insanlardan heç nə (konfet, oyuncaq və s.) götürmə.
- Yad insanla (fərqi yoxdur - bu böyük, yaşlı və ya uşaq olarsa) heç yerə getmə.
Fırıldaqçılar müxtəlif hiylələrə əl atır, onlar uşaqların zəif yerlərini çox yaxşı bilir.
Uşağı qaçırtmaq istəyən insan ona "mənimlə gedək, sənə oyuncaq (konfet, şar və s.) verəcəm",  "pişik balasını (balaca quş, kirpi və s.) göstərəcəm", "karuselə, yellənçəyə aparacam" və s. kimi müxtəlif vədlər verə bilər. Uşağa bu "ssenari"ləri qabaqcadan izah edin. Onları oyun formasında uşaqla oynayın (siz - "yad insan", o - "uşaq"). Bu daha yaxşıdır.
Digər hiylə - "Məni sənin atan (anan, nənən və s.) göndərib. Səni onun yanına aparmalıyam". Uşağa anladın ki, nə ana, nə ata, nə də digər ailə üzvü onun yanına yad insanı göndərə bilməz. Bu yalnız tanış və ya qohum ola bilər.
Fırıldaqçı uşağa ona kömək etməyə xahiş edə bilər. Məsələn, qadın (yaşlı kişi, cavan qız) evinə çantanı aparmağa kömək etməyə xahiş edə bilər və s. Uşaqlar kömək etməyi xoşlayır və cinayətkarlar tez-tez məhz uşaqların bu xüsusiyyətindən istifadə edirlər.
Uşağa qabaqcadan anladın ki, böyüklər adətən uşaqlara yardım üçün müraciət etmir. Böyüklər bu məqsədlə böyüklərə müraciət edir. Əgər insan sənə "mənə kömək et" deyirsə, bu təhlükə ola bilər. Bu insandan uzaqlaş.
- Yad insan səni aparmağa çalışırsa, ucadan qışqır (məsələn, "Mən bu insanı tanımıram, mənə kömək edin! Məni qaçırırlar!" və ya sadəcə "Komək edin!").
Uşaqlarınızı qoruyun! Onları nəzarətsiz qoymayın!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 994   Tarix: 12 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları qis geyimləri 2026 gürcü mətbəxi arıqlamaq üçün çaylar ayaqda qabar plov reseptləri kosmetika geyim sağlamlığa aid atalar sözləri masqalar gəncə bayatı