Uşaq çimməkdən qorxur. Nə edim?

Uşaq çimməkdən qorxur. Nə edim?Valideynlər bu problemlə tez-tez üzləşir. Körpə çimməkdən qorxur, su ilə dolu vanna görəndə ağlayır, qışqırır. Bu vəziyyətdə nə etmək lazımdır?

Yenidoğulmuş körpə sudan qorxmur. 9 ay ərzində ana bətnində olarkən körpə suya öyrəşib, su körpə üçün doğma mühitdir. Su uşağa çox müsbət təsir edir, suda olduqda körpə rahatlaşır, sakitləşir. Məhz bu səbəbdən həkimlər körpələri tez-tez çimizdirməyi (xüsusilə axşam yatmazdan əvvəl) tövsiyə edirlər. Bütün valideynlər bilir ki, çiməndən sonra körpə daha yaxşı yatır.

Əgər körpə sudan qorxmağa başlayıbsa, bunun səbəbi əksər hallarda böyüklərin düzgün olmayan, təcrübəsiz hərəkətləridir.

İlk növbədə suyun temperaturuna fikir verin. Soyuq və ya çox isti suya salınan uşaq bunu yadında saxlayacaq və növbəti dəfə su görəndə ağlayacaq. Bu səbəbdən uşağı 36-38 C kimi qızdırılmış suda çimizdirmək lazımdır. Suyun hərarətini əlinizlə yox, dirsəyinizlə yoxlayın - su bədən temperaturunda və ya bir qədər daha isti olmalıdır. Xüsusi su termometrlərindən də istifadə etmək olar. Bu daha rahatdır.

Körpəni çox ehtiyatla çimizdirin. Körpə ananın əlindən sürüşüb vannaya düşərsə, bu körpənin yadında qalacaq və növbəti dəfə körpə sudan qorxacaq. Əgər sizin təcrübəniz yoxdursa, təcrübəli adamı (nənə, baba və s.) köməyə çağırın.

Körpəni çimizdirərkən xüsusi uşaqlar üçün olan şampunlardan istifadə edin. Bu şampunlar körpənin gözlərini qıcıqlandırmır. Ümumillikdə şampundan, sabundan və s. bu kimi vasitələrdən həftədə 1-2 dəfə istifadə etmək olar. Digər vaxtlarda uşağı adi suda çimizdirin. Suya otların dəmləmələrini əlavə edin - çobanyastığı, adaçayı və s. Dəmləməni düzəltmək üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və uşağı çimizdirmək üçün olan vannaya əlavə olunur.

Körpəni çimizdirmək üçün xüsusi kreslo almaq olar. Bu kreslo vannaya bərkidilir və ana körpəni tam rahat çimizdirə bilər. Vannanın dibinə xüsusi kiçik rezin xalça sərin ki, uşağın ayaqları sürüşməsin (körpə bundan qorxur).

Daha böyük uşaqları çimizdirdikdə vannaya oyuncaqlar atın (bu oyuncaqları yalnız uşaq çiməndə istifadə edin), şampunu köpüklədin (köpüklər uşaqların xoşuna gəlir, uşaqlar köpüklərlə oynamağı xoşlayırlar), vanna otağına şarlar gətirin. Fikirləşin, fantaziyanızı işlədin.

Əgər uşaq vannaya oturmaq istəmirsə, lakin ayaq üstə çimməyə razıdır, uşağı zorla otuzdurmayın.

Bəzi uşaqlar duşda çimməyi xoşlayır, vannada isə xoşlamır. Bu da böyük problem deyil.

Ailə və Uşaq     Baxılıb: 1655   Tarix: 15 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

sac duzumleri yemek reseptleri yay kolleksiyasi tərəvəzlər qidalandirici maskalar dərslər bilinçik resepti kosmetika vetene aid atalar sozu veten balıq heyati rus dili 2ci ders