Uşaq kimi dəriyə sahib olmaq istəyən XANIMLAR ! Bal və aspirin...Bu iki qarışıqla hazırlanan MASKA ilə istədiyiniz dəriyə SAHİB OLUN

Uşaq kimi dəriyə sahib olmaq istəyən XANIMLAR ! Bal və aspirin...Bu iki qarışıqla hazırlanan MASKA ilə istədiyiniz dəriyə SAHİB OLUNAspirin həbi demək olar ki, hər birimizin evində var. Bu dərman bizi xəstəlikdən, soyuqdəymədən qoruyur. Həmçinin ağır günlərdə köməyimizə çatır. Son günlərdə ev şəraitində dəriyə qulluq etmək üçün yeni bir vasitə kəşf edilimişdir. Bu, aspirin maskadır ki, bunu hazırlamaq üçün xüsusi qabiliyyət tələb olunmur və heç bir zəhmət tələb etmir.

Aspirin maskasının faydaları

Bildiyimiz kimi, aspirinin tərkibinə asetilsalisil turşusu daxildir, bu kosmetikada təmizləyici, həm də yağlılığı, məsamələri kiçildən bir vasitə kimi istifadə edilir. Həm də xarici hissələrə tətbiq edildikdə dərinin sağalmasına kömək edir. Salisil turşusu dəridə soyuqdəymə əlamətlərinin yaranmasına mane olur, sakitləşdirici təsiri ilə qızartı və şişkinliyi aradan qaldırır. Məhz buna görə də sızanaqlı dəri üçün aspirinli maska effektli təsir göstərir. Çünki bu, dərinin əsas qatına infeksiyanın yayılmasının qarşısını alır, irinli sızanaqların yaranmasını məhdudlaşdırır. Bu xüsusiyyətlərinə görə, aspirin maskası dəri qatını dərindən təmizləyir, saçın uzanması problemini həll edir. Dərinin daxilinə nüfuz etməsi hesabına, dərini dərindən soyur və dəridəki ölü hüceyrələri dəridən uzaqlaşdırır, beləliklə tüklərin uzanmasına şərait yaradır, bu bölgədə qırmızı şiş, soyuqdəyməni kənarlaşdırır.

Bunlardan başqa, aspirin maskası özünəməxsus xüsusiyyəti ilə dərini nəmləndirir, buna görə də dəri sağlam və elastik olur. Aspirinin tərkibindəki asetilsalisil turşusu kosmetikada təmizləyici, həm də yağlılığı, məsamələri kiçildən bir vasitə kimi istifadə edilir.

Aspirin ev şəraitində üz üçün hazırlanan maskanın əsas ərkib hissəsidir. Aspirin maskasını xüsusilə yağlı dərisi və dəridə qara nöqtələri olan insanlar skrab kimi də istifadə edə bilər. İndi isə gəlin evdə aspirindən üz üçün maska hazırlanmasının qaydasını öyrənək və bunun faydalarından yararlanmağa çalışaq.

Aspirin maskasıyla gözəlləşək
Aspirin maskasının tərkibi

3-4 ədəd aspirin

Su (yağlı dəri üçün yarım çay qaşığı)

Jojoba yağı (quru dəri üçün yarım çay qaşığı) (olsa da olar, olmasa da)

Bal (bir xörək qaşığı)

Hazırlanması:

1. Ilk əvvəl bal və jojoba yağı və ya suyu götürüb su buxarında olmaqla qarışdırın.

2. Aspirin toz halında olduqda onu kiçik süzgəcdən keçirin və onu su vannasında hazırlanan balın içinə əlavə edin.

3. Bunu yaxşı qarışdırıb, qatılığına baxın. Bu qatışıq nə çox duru, nə də ki qatı olmalıdır, çünki dərinizə sürtdükdə çətinlik çəkə bilərsiniz.

4. Üzünüzü və boynunuzu yuyun və əgər mümkündürsə, su vannası qəbul edin ki, dərinizdəki məsamələr daha da genişlənsin.

5. Ehtiyatla maskanı barmaqlarınızın pəncəsi və ya kiçik fırça ilə üzünüzə sürtün. Dərinizdə olan sızanaq və başqa soyuqdəymə əlaməti olan hissələrə daha qalın tətbiq edin.

6. Hazırlanmış maskanı təxminən 15-20 dəqiqə üzünüzdə saxlayın.

7. Bundan sonra üzünüzü ilıq su ilə yuyun və təmiz dəsmalla qurulayın.

8. Ev şəraitində belə terapiyadan həftədə 1 dəfə istifadə olunmalıdır.

9. Bal və jojoba yağı ilə yanaşı, xama və aloye vera da istifadə etmək olar. Bu iki element dəriyə qulluqda çox effektlidir, həm də aspirinlə yaxşı uyğunlaşır.

10. Maskanın tərkibindəki aspirini əsas komponent kimi istifadə edə bilərsiniz. Bu zaman ancaq aspirin tozunu və suyu birlikdə qarışdırmaq lazımdır.

Qeyd: Bu maskadan istifadə etdikdən sonra dərinizdəki qızartıların və qıcıqlanmanın azaldığını hiss edəcəksiniz. Ancaq maska dərinin qabığını çıxardığına görə yaxşı olardı ki, ancaq sızanaq olan hissələrə sürtəsiniz. Sızanaqlara qarşı təsirli vasitədir.

Aspirin maskasıyla gözəlləşək
Aspirin maskanın əks təsirləri

Aspirinli maska nə qədər dərinizə xeyirli olsa da bunun da bəzi əks təsirləri ola bilər. Buyurun bunlardan bəziləri ilə tanış olun:

• Aspirinə qarşı allergiyası olan insanlar bu maskadan istifadə etməsin, əks halda ağır allergiya kimi reaksiya verə bilər.

• Ağır xəstəliyi olan insanlar, həmçinin hamilə olanlar və süd verən analara bu maskanı istifadə etmək olmaz. Bu, orqanizmdə əlavə reaksiya yaradar.

• Dərinizdə təzə kəsik və ya açıq yara varsa, bu maskanı tətbiq etmək olmaz. Həmçinin bu maskanı gündə yanmış dəriyə və epilyasiyadan yenicə rəngi ağarmış dəriyə vurmayın.

• Ən yaxşı variant isə bu maskanı tətbiq etməzdən əvvəl həkiminizlə əsas xəstəliyiniz barədə məsləhətləşməkdir.

İndi artıq siz bu möcüzəvi aspirin maskasının sirlərini bilirsiniz. Buyurun aspirin maskası videolarını izləyin.(qadin.az)

Gözəllik və Moda     Baxılıb: 6623   Tarix: 01 noyabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

turlar.az

yaz geyimleri 2026 toy makiyaji sekilleri makiyaj etmek qaydalari intim məktəb hamilelik gavalı salatı kesəriyyə kosmetika novruz bayramına aid hakışda nizami gəncəvi irem derici gəncə veten