Uşaq serebral iflici

Uşaq serebral ifliciUşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə məşhur alman psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir.
Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.
Beyinin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər.
Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur.
Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.
Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim - Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmazlığının nəticəsi olur.
Lakin məlumdur ki, yenidoğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən beyinin zədələnməsinə səbəb olmur.
Beləliklə, uşaq serebral iflicin inkişaf etmə səbəbi tibbdə hələ ki dəqiq məlum deyil.
Son zamanlar alman nevroloqların geniş elmi tədqiqatlar zamanı məlum olub ki, serebral iflicin inkişafına irsiyyət də müəyyən təsir edir. Belə ki, araşdırmalar zamanı aşkar olunub ki, ailədə serebaral iflic halların olması bu ailənin digər nəsillərində bu pozulmanın inkişaf etmə riskini artırır.
Hal-hazırda serebral iflicin risk faktorları aşağıdakılar hesab olunur:
1. Hamiləlik dövründə:
- Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s)
- Rezus-konflikt
- Anada olan bəzi xəstəliklər və pozulmalar (şəkərli diabet, hamiləlik  toksikozu, preeklampsiya, qanaxmalar, anemiya, stress, pis qidalanma - vitamin və mikroelementlərin çatmamazlığı )
- Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)
- Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)
2. Doğuş zamanı:
- Dölün asfiksiyası (boğulması)
- Doğuş travmaları
- Vaxtından əvvəl doğuşlar
- Gecikmiş doguşlar
3. Doguşdan sonra
- İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarətinin beyinə təsiri
- Beyin infeksiyaları
- Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı
- Beyin travmaları
- Beyinə qansızma
- Məişət zəhərlənmələri
- Beyində şişlərin olması.
Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil
İnkişaf etmiş ölkələrdə 1000  yenidoğulmuş uşaqdan 2-5-də serebral iflic aşkarlanır. Hal hazırda bu pozulmanın artması tendensiyası müşahidə olunur.
Uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yenidoğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Davamlı reabilitasiya tədbirləri nəticəsində serebral iflici olan uşaqlar gözəl nəticələr göstərə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1936   Tarix: 20 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

geymler 2026 qaşların formalari kosmetika mehsullari qadın hüquqları xiyar tursusunun hazirlanmasi qaydasi debli cantalar 2026 şəfalı otlar kosmetika novruz hakistasi insan efsane vətənə aid bayatılar faydalı maskalar