Uşaqlar arasında kütləvi xəstələnmə - Valideynlər təşvişdə

Uşaqlar arasında kütləvi xəstələnmə - Valideynlər təşvişdəKoronavirus infeksiyası yenə təhlükəli həddə doğru irəliləyir. Dünyada COVİD 19-a yoluxma halları artmaqda davam edir. Avropada yayılan yeni koronavirus ştammları isə uşaqlara virusun "klassik" formasından daha aktiv ötürüldüyü bildirilir.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, pediatr-infeksionist Yevgeni Timakov deyib ki, virus yeni insanları yoluxdurmaq üçün dəyişir: "Yeni ştamlar uşaqlara əvvəlkilərə nisbətən daha çox təsir edir. İnfeksiya sürətlə mutasiyaya uğrayır ki, bu da immunitetimizdə boşluqlar tapmasına yol açacaq və daha çox insanı yoluxduracaq".
İnfeksionist onu da əlavə edib ki, koronavirusun yeni ştamları sürətlə yayılsa da, uşaqlar onu yüngül keçirir. O qeyd edib ki, 10-12 yaşadək uşaqlara peyvənd etmək lazım deyil.
Bu arada Azərbaycanda uşaqlar arasında qrip mənşəli virus infeksiyalarının çoxalması ilə bağlı narahatlıq var. Valideynlər virusun korona olub-olmamasını ayırd edə bilmədiklərini deyirlər.
Məktəblərdə isə COVİD-ə yoluxanların sayında artım var. Ötən gün Bakıdakı 274 və 320 saylı tam orta məktəblərin koronavirusa görə fəaliyyəti dayandırılıb.
Distant təhsilə keçən yalnız paytaxt məktəbləri deyil. Ötən gün eyni zamanda Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbi də, Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən bağlanıb.
Bəs görəsən, uşaqlar arasında yayılan virus koronavirusun yeni ştamlarıdır?
Respublikanın Baş pediatrı Nəsib Quliyev mövcud vəziyyətlə bağlı "Yeni Müsavat" a danışıb: "Saysız-hesabsız, minlərlə virus tipi var. Qış mövsümündə də bu xəstəliklər ola bilər. Belə bir deyim var, hər pis işdə bir yaxşı var. Koronavirusa görə aparılan tədbirlər, ümumiyyətlə, virus xəstəliklərinin kəskin azalmasına səbəb olub. Qoruyucu rejim olduğuna görə paraqrip, adenavirus, rotovirus kimi virusların da geniş yayılması azalıb. Amma buna baxmayaraq yenə də rast gəlinir.
Bunun qarşısını almaq qeyri-mümkündür. Çünki ətrafımızda o viruslar daimi var. Ona görə də bu əlamətlərə kəskin respirator virus infeksiyası əlamətləri deyirik. Respirator əlamətlər boğaz, burunda, bəzən də ishal kimi əlamətlərlə özünü göstərir. Amma COVİD 19-dan öncəki illərlə müqayisədə qat-qat azalıb. Bu da dediyimiz kimi, maska, məsafə, gigiyenik tədbirlərin nəticəsində mümkün olur. Bu bizə əyani olaraq sübut edir ki, düzgün qorunsaq, bir o qədər sağlamlığımızı qorumuş olarıq".
Baş pediatr valideynlərə övladlarında hər hansı simptom hiss edən kimi sahə həkiminə müraciət etməyi tövsiyə edib: "Bu xidmət bizdə qurulub. Hər bir valideyn bilir ki, onun uşağına poliklinikada xidmət göstərən sahə həkimi var. Valideyn o əlamətləri görəndə ya həkimə göstərməlidir, ya da evə çağırış etməlidir. Həkim baxandan sonra ona yol göstərəcək. O deyəcək ki, COVİD testindən keçirmək lazımdır, ya yox. Əlbəttə, COVİD təhlükəsi qaldığına görə hər hansı əlamət görən kimi hamı narahat olur. Bunu da müayinə eləmək ağır iş deyil, burundan, boğazdan yaxma götürüb bir günə cavab verirlər. Təbii ki, həkim müayinəsindən sonra olmalıdır, valideyn özü hərəkət edəndə səhvlərə yol verə bilər".
Quliyev qeyd edib ki, Azərbaycanda uşaqlar arasında COVİD 19-un yeni ştamları yayılmayıb: "Əgər olsaydı, bununla bağlı məlumat da olardı. Bunu heç kim gizlədə bilməz. Kiminsə gizlətmək kimi məqsədi də yoxdur".
Qeyd edək ki, Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma halları üzrə statistika da açıqlanıb. Yoluxma hallarının 52,5 faizi (bundan əvvəl 52,3 faiz) Bakının payına düşür. Yoluxma sayının yüksək olduğu ikinci bölgə Arandır. Belə ki, orada yoluxma 13.1%-dir. Abşeronda 12.9%, Gəncə-Qazaxda 8.1%, Şəki-Zaqatalada 3.3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2.8%, Dağlıq Şirvanda 2.5%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.04%, ölkə xarici yoluxma isə 0.4%-dir. Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Bu arada Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 21,204 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428,635 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1721   Tarix: 11 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

yay kolleksiyasi gelinlikler toy makiyaji sekilleri qaymaqlı krem usaq otagi dizaynlari gəlinliklər hakışta xınayaxdı kosmetika nağıllar opusme prostat qiz evi ucun balıq