Uşaqlar arasında yayılan virus epidemiyasının əlamətləri

Uşaqlar arasında yayılan virus epidemiyasının əlamətləriSon günlər uşaqlar arasında yayılan kəskin respirator xəstəliklərdən valideynlər narahatlıq hissi keçirilər. Respirator virusun yayılmasının bir neçə səbəbi var. Bura ilk növbədə havanın soyuq keçməsi, eyni zamanda uşaqların bir-biri ilə və daha çox ünsiyyətdə olduğu bağça və məktəblərin yenidən işə başlaması daxildir. Hazırda uşaqlarda müşahidə olunan xəstəliyin konkret hansı virusdan qaynaqlandığını müayinə aparmadan müəyyən etmək çətindir.
Milli.Az xəbər verir ki, həkim-terapevt Şahin Quliyev yayılan infeksiyalar barədə deyib: "Kəskin respirator virus infeksiyalarının əlamətləri yeni növ koronavirusla (COVID-19) demək olar ki, üst-üstə düşür. Bəzi hallarda temperatur yüksəlməsi, bəzi hallarda halsızlıq, bəzi hallarda isə kataral əlamətlər üstünlük təşkil edir".
Virusların 200-dən artıq növü var. Onların bir çoxu mövsüm zamanı əhali, xüsusilə uşaqlar arasında daha çox rast gəlinir. Pediatr-nevroloq Röyanə Quluzadə deyib: "Həkimlər xəstəliyin klinik əlamətlərinə görə hansı virus infeksiyasının epidemiyasını yaşadığımızı təxmin edə bilirlər. Ümumiyyətlə, mövsümdə ən çox rast gəlinən infeksion epidemiyalar "influenza" adlandırılan qrip epidemiyasıdır. Odenavirus, rotaviris, herinaviruslar da uşaqlar arasında çox yayılıb və epidemiya yaradır".
Mövsümü xəstəliklərdən qorunma yolları barədə danışan pediatr-nevroloq deyib: "Virus infeksiyalarında qorunması yolları yalnız simptomatik müalicələrdir. Yataq rejiminə əməl etmək, yalnız əlamətlərə qarşı, məsələn, qızdırma varsa hərarətsalıcı preparatlardan istifadə olunmalı, çoxlu maye içilməlidir. Təəssüf ki, bu dövrdə valideynlər burun damcılarından çox istifadə edirlər. Əslində 2-3 gündən artıq və gün ərzində bir-iki dəfədən artıq burun damcılarından istifadə etmək olmaz".
Aparılan araşdırma zamanı məlum olub ki, allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti də kəskin respirator virus infeksiyalarına meyillidirlər. Ona görə də həmin kateqoriyaya aid olanlar daha diqqətli və məsuliyyətli olmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1377   Tarix: 09 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geymler 2026 toy gecesi toy makiyaji sekilleri şirniyyatların hazırlanması alimlər qonaq otaqi dizayni sarımsaq kosmetika uzeyir hacibeyli banan novruz bayramı burclerin uyumu hakista sozler