Uşaqlar hansı yaşdan telefondan istifadə edə bilərlər? - Hisslərin itməsinə səbəb olur

Uşaqlar hansı yaşdan telefondan istifadə edə bilərlər? - Hisslərin itməsinə səbəb olurUşaqlara mobil telefon verilib-verilməməsi məsələsi hər zaman geniş müzakirələrə səbəb olur.
Mütəxəssislər bildirirlər ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq.
Məlumatlara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadırlar. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.
İngilis mütəxəssisləri 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.
Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.
Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Sürix və Fribourg universitetlərinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.
Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşıdır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.
Həmçinin məlumatlara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır.
Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün "Sar" dəyərinə diqqət etmək lazımdır. "Sar" faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.
Bu barədə "Yeni Müsavat"a danışan həkim-pediatr Hüseyn Mehdiyev bildirdi ki, təbliğat aparılsa da, Azərbaycanda analar buna diqqət etməyib, uşaqlara telefon verirlər: "Xüsusilə də yeni doğulan körpələri sakitləşdirmək üçün mobil telefondan istifadə edirlər. Telefonu uşağa verirlər ki, ekranda nələrəsə baxıb, sakitləşsin. Deyim ki, uşaqlar da çox böyük həvəslə mobil telefona baxıb, sakitləşir. Bütün bunların nəticəsində ilk növbədə uşaqlarda göz problemi yaranır.
Biz son illərdə müşahidə aparırıq ki, gözündən şikayət edən uşaqların sayı həddindən artıq çoxdur. Məktəb yaşında olan uşaqların valideynləri adətən sual verirlər ki, övladım nə üçün filan dərsi yaddaşında saxlaya bilmir? Mən deyərdim ki, bu problemin yaranmasının da səbəbləri sırasında uşaqlara mobil telefonun verilməsi əsas yerdə dayanır. Uşaqlarda müəyyən problemlərin gələcəkdə yaranmaması üçün yaxşı olar ki, onlara xüsusən də birinci 2 yaş dövründə mobil telefon verilməsin. Nəyinki mobil telefon vermək, qeyd etdiyimiz yaş aralığında uşaqları bu telefonlara yaxın qoymaq da lazım deyil. Mobil telefonun az da olsa müsbət təsiri odur ki, məktəbyaşlı uşaqlar bu cihazlar vasitəsilə informasiya mübadiləsi aparıb, elektron dərslikləri rahat oxuya bilirlər. Ancaq sağlamlıq baxımdan yenə də bunun özü zərərlidir. İlk növbədə mobil telefonun zərər verdiyi orqan beyindir. Çünki uşaqlar beyinlərini az işlədirlər.
Düşünürlər ki, filan şeyi mobil telefon vasitəsilə internetdən tapıb oxuyaram. Bundan əlavə deyim ki, uşaqlarda vaxtından əvvəl yetişkənlik dövrünün başlamasının bir nömrəli səbəbi elə mobil telefonlardır. Uşaqlar telefonda müxtəlif pornoqrafik filmlərə baxırlar ki, bu da olduqca zərərlidir. Yəni əxlaqi baxımdan da mobil telefonun uşaqlara zərəri yüksəkdir. Bu gün belə məsələləri hiss etməyə bilərik. Ancaq gələcəkdə fəsadlarını görəcəyik. Ona görə də məktəbli uşaqlara da mobil telefon verilməsi məsləhət deyil. Əgər uşaqla əlaqə saxlamaq labüd haldırsa, bu zaman heç olmasa, onlara sadə telefonlar vermək lazımdır. Çünki həmin telefonların parametrləri geniş deyil və uşaq bundan yalnız ehtiyac olduğu təqdirdə danışıq vasitəsi kimi istifadə edə bilər. Mobil telefonlar uşaqlarda asossiyallığın yaranmasına da səbəb olur. Uşaq özünə qapanır və ətraf mühitlə əlaqəni demək olar ki, kəsir. Bu isə onların psixologiyasında problemlərə yol açır. Bundan əlavə biz şahidi oluruq ki, müxtəlif cərəyanların nümayəndələri mobil telefon proqramlarından istifadə edərək uşaqlara təsir göstərirlər. Belə məqamlara da diqqət edilməlidir. İki yaşına qədər uşaqları nə qədər telefondan uzaq tutarlarsa, onların inkişafında bir o qədər müsbət dəyişikliklər olar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1148   Tarix: 18 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

makiyaj instagram sac duzumleri yemek reseptleri qadın testləri noxud sorbasi bürc uyğunluğu boy uzadan kosmetika veten toyuq salati novruza aid hakista qizlar novruz bayramına aid bakışta