Uşaqlar nə vaxt yalan danışmağa başlayırlar?

Uşaqlar nə vaxt yalan danışmağa başlayırlar?Ümumi qəbul edilmiş fikir belədir ki, uşaq təxminən 4 yaşına çatanda yalan danışmaqla valideynin diqqətini yayındırmağa çalışır. Amma "Uşaqların Beyni Necə Işləyir" adlı yeni kitaba əsasən, uşaqlar bunu lap erkən yaşlarından edirlər. Yəni, körpələr inanılmaz dərəcədə aldadıcı davranışa malikdirlər. Kitabın müəllifi Vasudevi Reddi BBC radiosuna müsahibədə bunları deyir:
- Bu hərənin yalanı necə yozmasından asılıdır. Biz bu məsələni araşdırmağa başlayarkən ilk olaraq 2-3 yaşlı uşaqlarla işləyirdik. Onların danışdığı yalanlar 4 yaşında ikən sınaqlardan keçmiş uşaqların söylədikləri yalanlardan fərqli idi. Sonra taktikanı bir az dəyişdik. Daha doğrusu, yalan deyil, cırnatmaq, özünü tülkülüyə qoymaq, zarafat etmək məsələlərinə diqqət yetirməyə başladıq. Belə baxsanız, bunların da yalan kateqoriyasına aid olduğunu söyləmək olar. Belə halda, bu meyilləri uşaqda artıq 1 yaşın sonunda müşahidə etmək olar.

Sual: Yəni, bir yaşından aşağı olan uşaqlar xırda şeylər üstündə bilərəkdən valideynlərini, belə deyək də, hərifləməyə çalışacaqlar?

Cavab: Bəli, bu belədir. Bəzən körpələr buna oyun kimi baxırlar. Yəni, cığallıq etdiklərini bilsələr də, valideynin diqqətini yayındırmağa çalışırlar. Ya da ki, körpə əlindəkini valideyninə uzadır. Əlbəttə ki, valideynin onu almağa çalışacağını bilir, amma son anda əlindəkini verməyib, özünə doğru çəkəcək. Bu zaman körpənin üzündəki təbəssümü də görmək olar. Bunlar hamısı oyunun bir hissəsidir.

Sual: Bəs bunlar körpələrin zehni inkişafı barədə nə deyir?

Cavab: Məncə, adamların deməsi ki, hə də, uşaqlar böyüyənə kimi çox şeyi başa düşmürlər, yanlışdır. Mənim dediyim budur ki, körpələr qarşılarındakı adamların nə hiss etdiklərini və beyinlərindən nə keçdiyini bilirlər. Körpələrlə böyüklər arasında oyunvari ünsiyyətin çox olması onların inkişafına kömək edir.

Sual: Sizcə, valideynlərin çoxu körpələrin bu davranışının, yəni, onları aldatmağa çalışması oyunun bir hissəsi olduğunu bilirlərmi?

Cavab: Əgər valideynlərdən soruşsanız ki, uşağınız sizi hərifləməyə, diqqəti başqa yerə yönəltməyə çalışır, onlar bunu bildiklərini deyəcəklər. Yəni, bunu elmi cəhətdən sübut etməyə ehtiyac olmasa belə. Amma soruşsanız ki, uşağınız sizi aldatmağa çalışırmı, onlar buna yox deyəcəklər. Çünki yalan və aldatmaq kəlmələri olduqca ağır çəkili sözlərdir. Amma yenə də deyirəm ki, valideynlər məsələnin nə yerdə olduğunu bilirlər. Razılaşın ki, uşaqlar yaxşı yalan danışa bilmirlər, elə deyilmi? Bunun yalan olduğunu dərhal hiss etmək olur....

Bəs siz nə vaxtdan yalan danışmağa başlamısınız?

Ailə və Uşaq     Baxılıb: 2947   Tarix: 06 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

toy makiyajlari geyim necə seçməli sade makiyaj sekilleri toy ucun maraqli ideyalar asan kakos yagi dekorasiya kosmetika qardasa aid haxistalar cinsi elaqe novruz bayramina aid hakistalar seksual tapmaca