Uşaqlar Omikrona daha çox yoluxur
"Mütəxəssislərin fikrincə, uşaqlar Omikronla koronavirusun digər ştamlarından 2,5 dəfə tez xəstələnirlər. Bunu ekspertlərin məlumatları da sübut edir", - Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
Milli.Az bildirir ki, o qeyd edib ki, koronavirusun Omikron ştamı ilə yoluxma hallarının kəskin artması uşaqların sağlamlığına xüsusi diqqət yetirməyi tələb edir.
M.Muraşkonun sözlərinə görə, pandemiya səbəbindən pediatriya xidməti yeni şəraitə uyğunlaşmalıdır.
Bundan əvvəl Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Nataliya Pşeniçnaya bildirmişdi ki, Omikron koronavirus ştamı ilə xəstəliyin başlanmasından təxminən 9-10 gün sonra ağciyər zədələnməsi inkişaf etməyə başlayır.
Risk qrupu ilk növbədə xroniki xəstəlikləri olan insanlar və yaşlılardır. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi