Uşaqlar üçün xüsusi növ banan yaradılıb - Dadı isə...
Bir qrup mütəxəsis, başda Ceyms Deyl olmaqla, uşaqlar üçün xüsusi növ banan hazırlayıblar. Alimlərin ərsəyə gətirdiyi meyvələr tərkibindəki yuksək A provitamini ilə fərqlənir.
Metbuat.az-ın Oane.ws saytına istinadən verdiyi məlumata görə, alimlər belə bananın yaradılması üçün bir neçə il məşğul olublar. İlk növbədə, belə meyvələr Uqanda tipli yoxsul bölgələrdə olan uşaqlar üçün nəzərdə tutulub. Maraqlıdır ki, dünyada hər il təxminən 700 min insan A provitaminin çatışmazlığı səbəbindən dünyasını dəyişir.
Qeyd etmək lazımdır ki, yeni sort bananın hazırlamasını alimlər, Bill və Melinda Qeyts Fondunun dəstəyi sayəsində həyata keçirdiblər. Bu sort faydalı maddələrlə zənginləşdirilib.
Bu bananın xarici görünüşü digərlərindən bir qədər fərqlənir. Belə ki, bu meyvələr açıq qızılı rəngdədirlər. Dad keyfiyyəti isə əvvəlki kimi qalıb.
Qeyd edək ki, banan dərinin qocalması əleyhinə olan bitkilər arasında TOP-5-liyə daxildir.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin