Uşaqlarda baş ağrılarının təhlükəli nəticələri

Uşaqlarda baş ağrılarının təhlükəli nəticələriBaş ağrısı ən geniş yayılmış problemlərdən biridir - bu, nevroloqa müraciət etmənin ən çox rast gəlinən səbəblərindən biridir. Uşaqlar da daxil olmaqla hər kəs vaxtaşırı bununla qarşılaşır. Eyni zamanda, başa düşmək vacibdir ki, bəzi hallarda bu vəziyyət uşaq üçün təhlükəli ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı uşaq nevroloqu Qalina Nevryuzina bildirib ki, ümumilikdə 300-dən çox müxtəlif başağrısı növü təsnif edilib:
"Əksər hallarda insanlar əvvəlcə analgetiklər və digər ağrıkəsicilərdən istifadə edərək bu problemin öhdəsindən özləri gəlməyə çalışırlar. Həkimə yalnız ağrılar davamlı olduqda və adi dərmanlar kömək etməyi dayandırdıqda müraciət edirlər".
Onun sözlərinə görə, ilk növbədə başağrısının növünü müəyyən etmək və onun yaranmasına səbəb olan əsas amilləri aşkar etmək lazımdır.
"Bir çox hallarda başağrısı əsas patoloji proses deyil, başqa xəstəliyi müşayiət edir və bəzən təhlükəli olan onun simptomu olur. Belə hallara orqanizmin ciddi intoksikasiyası (məsələn, virus xəstəlikləri və ya qida zəhərlənmələri zamanı), burun-udlağın iltihabi və infeksion xəstəlikləri, onurğanın boyun hissəsində baş beyinin qan təchizatının pozulması ilə müşayiət olunan problemlər, baş beyinin qabığının və maddəsinin infeksion zədələnmələri kimi simptomları aid etmək olar", - deyə Nevryuzina bildirib.
Bundan əlavə, o qeyd edib ki, baş ağrılarının tez-tez rast gəlinən səbəbi, xüsusilə yeniyetməlik dövründə vegetativ-damar distoniyasıdır.
Uşaqda təhlükəli vəziyyətin olduğunu və təcili hospitalizasiya tələb edildiyini göstərə bilən əlavə simptomlar bunlardır: başa zərbə kimi qəfil, son dərəcə güclü, dözülməz ağrının meydana çıxması, başağrısı tutmasından sonra huşun itməsi, qıcolmaların əmələ gəlməsi, şüurun dəyişməsi, ətraf mühitin qeyri-adekvat qəbul edilməsi, görmənin kəskin pisləşməsi, bədənin müxtəlif hissələrinin keyləşməsi, temperaturun 38 dərəcədən yuxarı qalxması, tutmaların və ya ağrı hislərinin intensivliyinin artması.
"Müasir müayinə üsulları hər bir konkret halda baş ağrılarının yaranmasının həqiqi səbəblərini müəyyən etməyə, onların müalicəsi üçün vaxtında tədbirlər görməyə, xəstəni tam həyata qaytarmağa kömək edir", - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1444   Tarix: 26 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma toy gecesi kosmetik vasiteler uzun saclarin yigilmasi üzdəki ləkələr baliq yaginin faydalari qiz usagini acmaq kosmetika haxisdalar toyuq salati bir arzum var kurtlar vadisi ağır itki