Uşaqlarda bu davranışlar varsa... - Beyin iflici təhlükəsi
Körpələrin çox ağlaması və inkişafdan geri qalması əksər hallarda onların beyin iflici xəstəliyindən əziyyət çəkdiyinə işarədir.
Xanim.az xarici mənbələrə istinadən xəbər verir ki, uşaqlar arasında yayılmış beyin iflici xəstəliyini müəyyən etmək üçün onların davranışlarına diqqət etmək lazımdır.
Qeyd edək ki, tibbi dildə "serebral iflic" adlandırılan xəstəlik baş beynin doğuşdan əvvəl , doğuş vaxtı və ya doğuşdan sonra müxtəlif səbəblərdən zədələnməsi ilə ortaya çıxır. Müasir dövrdə doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkir.
Bildirilir ki, "Serebral iflic" ağır xəstəlik olsa da, müalicəsi var. Bu xəstəlikdən əziyyət çəkən körpələr vaxtında müalicə olunmadıqda sonrakı dövrdə fəsadları daha ciddi olur. Bəs körpənin "Serebral iflic" xəstəliyindən əziyyət çəkdiyini necə müəyyən etmək olar?
1. Uşaq 2 aylıq ikən gülməməsi
2. Çox ağlayan və gec sakitləşən körpələr
3. Ana südündən imtina edən və udqunma problemləri olan körpələr
4. 9 aylıq ikən dəstəksiz otura bilməməsi
5. 10 aylıq ikən barmaq işarələrinin olmaması
6. 12 aylıq ikən iməkləməməsi
7. 15 aylıq ikən heç bir kəlimə deməməsi
8. 18 aylıq ikən sərbəst addımlamaması
9. Koordinasiyasını tənzimləyə bilməyən uşaqlar
10. Qida qəbul edərkən və ya oyuncaqlarla oynayarkən barmaqlarından istifadə etməkdə çətinlik çəkən körpələr
Əgər siz uşaqlarda bu xüsusiyyətləri müşahidə etmisinizsə həkimə müraciət etməyiniz tövsiyyə olunur.
METBUAT.az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Sezen Aksu sevənlərə pis xəbər
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Necla Uyqur vəfat etdi
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır