Uşaqlarda burun qanamasının səbəbləri: Burundan qan gələndə nə etmək lazımdır?

Uşaqlarda burun qanamasının səbəbləri: Burundan qan gələndə nə etmək lazımdır?Uşaqlarda ən çox baş verən narahatlıqlardan biri də burun qanamasıdır. Azyaşlılarda bütün yaş dövrlərində bu problemə rast gəlinir. Burun qanaması hansı hallarda yaranır? Belə bir hal olanda hansı tədbirlər görülməlidir? İlkin tibbi yardım necə olmalıdır?
Milli.Az bununla bağlı "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı məqaləsini təqdim edir:
Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən baş verə bilər. Çox vaxt qanaxma qısa müddətdən sonra öz-özünə dayanır. Qanaxma uzun müddət davam edərsə, uşaq özünü zəif hiss edir, təzyiqi aşağı düşür, soyuq tər basır və başı fırlanır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına səbəb olur.
Uşaqlarda burun qanamasının səbəbləri nədir?
Çox vaxt qanaxma burnun zədələnməsi nəticəsində baş verir.
Bəzən körpələrin burnuna bir şey tıxaması qan damarlarını zədələyərək, qanaxmaya səbəb olur.
Çox quru hava ilə nəfəsalma zamanı burnun selikli qişası quruyur, elastikliyini itirir və asqırarkən çatlayaraq, qanaxmaya səbəb olur.
Damar keçiriciliyinin artması zamanı iltihab, soyuqdəymə, qrip zamanı burun qanaxması müşahidə oluna bilər.
Vegeto-damar distoniyasından əziyyət çəkən uşaqlarda burun qanaması ola bilər.
Həddindən artıq istiləşmə, gün vurması da burun qanamasına səbəb ola bilər.
Burun çəpərinin əyriliyi burun qanamasına səbəb ola bilir.
Bəzən burun qanamaları burundakı xoş və ya bədxassəli bir şişin, qan xəstəliklərinin əlaməti ola bilər.
Uşağın burnundan qan gəlirsə nə etməli?
Uşağı sakitləşdirin (və özünüz sakitləşin).
Uşaqdan başını bir az irəli əyməsini xahiş edərək otuzdurun.
Körpəni qucağınıza götürün və dik vəziyyətdə saxlayın, başını bir az irəli əyin. Burun qanaması zamanı başı geri atmaq olmaz!
Pəncərəni açaraq təmiz hava axınını təmin edin. Paltarların düymələrin açın. Uşağa ağızdan dərin nəfəs almasını deyin.
Burun kökünə soyuq bir şey - dəsmalla bükülmüş buz və ya soyuq suya batırılmış bez qoyun.
Ayaqlar, əksinə, isti olmalıdır.
Kömək etmirsə, 3%-li hidrogen peroksid məhlulunda isladılmış steril bir pambıq çubuğu burun dəliyinə qoyun.
Qan dayandırıldıqdan dərhal sonra uşağa yemək, çay və ya kakao verməyin.
Qanaxma şiddətlidirsə dərhal təcili yardım çağırın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2202   Tarix: 23 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

hamiləlik kosmetoloq qadin dunyasi hicablar sağlam qida xercengden qoruyan qidalar sellulit kosmetika vətən haqqında bayatı arxadan olmag cinsi elaqe zehmet ve zinet gözəllik