Uşaqlarda daha çox zəhərlənmə olur: Əsas səbəblər hansılardır?

Uşaqlarda daha çox zəhərlənmə olur: Əsas səbəblər hansılardır?Uşaqlar arasında zəhərlənmələrə geniş rast gəlinir. Bu, bütün yaş dövrlərində baş verir. Mütəxəssislərə görə, uşaqlar arasında zəhərlənmələrin böyük əksəriyyəti evdə baş verir. Azyaşlılarda zəhərlənmələr hansı səbəblərdən yaranır? Bunun qarşısını necə almaq olar?
Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladğı məqaləni təqdim edir:
Uşaqlar yetkinlərə nisbətən daha ciddi zəhərlənməyə meyillidir. Kiçik yaşlı uşaqlar demək olar ki, rastlaşdıqları hər şeyi yeməyə və içməyə cəhd edə bilərlər. Uşaqlar cazibədar qablaşdırmanı, canlı rəngləri və xoş qoxuları sevirlər və evdə tapılan potensial zəhərlərin çoxu onları cəlb edir.
Əslində, uşaqlıq dövründə rast gəlinən bütün zəhərlənmələrin 90%-dən çoxu evdə baş verir və 5 yaşadək uşaqlar arasında təsadüfən zəhərlənmə ehtimalı daha yüksəkdir.
Uşaqlar tez-tez açıq çantanı və ya hamamda şkafı araşdırdıqda dərmanı şirniyyat ilə qarışdırırlar.
Zəhərlənmə uşaqların kimyəvi maddələr və ya təmizləyici vasitələr olan qablardan maye içdikdə də baş verir.  
Adi məişət kimyası məhsulları uşaqların ağır dərəcədə zəhərlənməsinə səbəb ola bilər.
Kimyəvi və ya yuyucu vasitə plastik bir limonad şüşəsində və ya digər qida qabında müvəqqəti saxlandıqda, risk daha da artır.
Zəhər uşaq orqanizminə ən çox ağızdan, dəridən və tənəffüs yollarından (ən çox dəm qazı) daxil ola bilər.  
Valideynlərin diqqət etməli olduğu bəzi ümumi məişət zəhərləri:
həblər, dərmanlar: evdə olan və ya  qonaq gələn insanların çantalarında ola bilən dərmanlar
hamam otağı: təmizləyici vasitələr, spreylər, ətirlər, saç spreyi, ağız yaxalayıcısı
məişət kimyası məhsulları: təmizləyici vasitələr
qaraj, iş otağı: böcək spreyləri, kerosin, boyalar, yapışqan, batareyalar, şin mayesi, cilalayıcılar, həlledicilər,
qələvilər, turşular, lampa yağı, antifriz
camaşırxana: yuyucu və ağardıcı məhsullar, yumşaldıcılar
həyət: gübrələr, pestisidlər, bəzi bitkilər, o cümlədən bəzi göbələk və giləmeyvə növləri
Məişət zəhərlənmələrinin qarşısı almaq üçün:
Bütün dərmanları və məişətdə istifadə olunan kimyəvi tərkibli məhsulları uşaqların diqqətindən kənarda və əlçatmaz yerdə saxlayın.
Dərman və dərman məhsullarını orijinal qablaşdırmada saxlayın.
Hər istifadədən sonra dərmanları yığışdırın.
Körpələri nəzarətsiz buraxmayın.
Uşağa dərmanları yalnız həkim təyinatı ilə, yaş normalarına uyğun verin.
Qida zəhərlənmələrinin qarşısını almaq üçün uşağa verilən qidaların saxlanma rejiminə və keyfiyyətinə xüsusi diqqət yetirin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1591   Tarix: 23 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

hamiləlik kosmetoloq qadin dunyasi hicablar sağlam qida xercengden qoruyan qidalar sellulit kosmetika vətən haqqında bayatı arxadan olmag cinsi elaqe zehmet ve zinet gözəllik