Uşaqlarda febril qıcolmalar : İlkin yardım necə olmalıdır?

Uşaqlarda febril qıcolmalar : İlkin yardım necə olmalıdır?Uşaqlarda baş verən qıcolmalardan biri də febril, yəni bədən temperaturunun qalxması nəticəsində baş verən qıcolmalardır. Adətən bu, temperaturun çox yüksəlməsi zamanı yaranır. Febril qıcolmalar təhlükəlidirmi? Belə hallarda hansı tədbirlər görülməlidir? Qıcolmalar zamanı ilk yardım necə olmalıdır?
Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı məqaləni təqdim edir:
Qıcolmalar mərkəzi sinir sisteminin müxtəlif mənşəli daxili və xarici faktorların təsiri nəticəsində baş verən qeyri-spesifik reaksiyasıdır. Bu zaman əzələlərdə qəfil qeyri-iradi yığılmalar baş verir. Bəzi hallarda qıcolmalar huşun itirilməsi, baxışın və başın yana çevrilməsi ilə müşayiət olunur.
Uşaqlarda baş verən qıcolmalardan biri olan febril qıcolmalar bədən temperaturunun 38°C-dən yüksək olması zamanı baş verə bilər. Adətən bu tip qıcolmalar nevroloji problemi olmayan, əvvəllər afebril (temperatursuz) qıcolma verməyən uşaqlarda baş verir. Qıcolmalara olan irsi meyillilik febril qıcolmaların inkişaf etmə riskini artırır.
Febril qıcolmaların sadə və mürəkkəb növü var. 90% hallarda bu qıcolmaların sadə növü inkişaf edir. Sadə qıcolmalar 15 dəqiqədən az davam edir, ocaqlı simptomatika ilə müşayiət olunmur. Adətən sadə növ qıcolma 5 yaşına qədər müalicəsiz keçib gedir.
Mürəkkəb qıcolmalar 15 dəqiqədən çox davam edir, ocaqlı simptomatika ilə müşayyət olunur və 24 saat ərzində bir neçə dəfə təkrarlanır. Qıcolmalar zamanı ərtafların bir tərəfli (qeyri-simmetrik) yığılmaları, tutmadan sonra isə lokal əzələ zəifliyi müəyyən edilir. Bu tip qıcolmalar 1 dəfə belə təsadüf etdikdə nevroloqun uzun dönəmdə müşahidəsini tələb edir.
Valideyinlərin mütləq nəzərə almalı olduğu məqam: temperaturun qalxması fonunda baş verən qıcolmalar təkcə febril qıcolmalar deyil, həm də mərkəzi sinir sisteminin təhlükəli infeksion xəstəlikləri (meningit, ensefalit) nəticəsindədə baş verə bilər. Febril qıcolma diaqnozu qıcolmaların digər səbəbləri inkar olunduqdan sonra həkim-nevroloq tərəfindən qoyulur.
Febril qıcolmalar zamanı ilk yardım:
Uşağı uzandırmaq, başını yana çevirmək, sərbəst hava axını ilə təmin etmək;
Ağız boşluğunda bir şeyin olub-olmamasına fikir vermək;
Uşağın dili və ya çənəsinə toxunmamaq, dişlərin arasına qaşıq və ya digər əşya qoymamaq;
Uşağa yaşına uyğun dozada hərarətsalıcı sirop vermək - parasetamol və ya ibuprofen (parasetamol şam şəklindədə istifadə oluna bilər);
Fiziki üsullardan istifadə edərək uşağın hərarətini salmaq (uşağı sıx və ya qalın paltardan azad etmək)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2105   Tarix: 28 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

makiyaj instagram toy gecesi maskalar qadın döşü kabablar geyim seçimi tehsile aid atalar sözləri kosmetika efsane babasil paxlava şəhid terezi