Uşaqlarda immuniteti möhkəmləndirən amillər

Uşaqlarda immuniteti möhkəmləndirən amillərİmmun sistemi insan sağlamlığında çox mühüm rol oynayır və onun formalaşması ana bətnindən başlayır. İmmunitet körpə hələ doğulmamışdan ana bətnində əmələ gəlir və sonrakı yaşlarda uşaqları qoruyur. Ananın hamiləlik dövründə keçirdiyi stress və yediyi qidalar uşaqlarda immunitetin formalaşmasına təsir edir.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Yeni doğulmuş körpə üçün ana südünün əhəmiyyəti əvəzolunmazdır. Körpəni ən azı ilk altı ay ərzində yalnız ana südü ilə yedizdirən analar əmin ola bilər ki, uşaq sağlam böyüyəcək. Uşaqların qidalanması, keçirdiyi infeksion xəstəliklər, fiziki vəziyyəti immun sisteminə təsir göstərən əsas faktorlardan biridir. Məsələn, hətta eyni ailədə böyüyən əkiz uşaqların immun sistemləri müxtəlif olur. Bağçaya gedən, toplumla tanış olan körpələr tez-tez xəstələnir. Bu zaman valideynlər uşaqları bağçadan çıxarmaq qərarına gəlır. Bu, onların atdığı ən böyük yanlış addımdır, çünki uşaq bağçada olmasa da, məktəbə gedəndə də həmin problemlə üzləşir".
Müsahibimizin dediyinə görə, immun sisteminin güclənməsində yuxu rejimi də mühüm rol oynayır: "Uşaq orqanizmi üçün lazım olan bəzi maddələr körpə yuxuda ikən sintez olunur. Məsələn, melanin maddəsi uşaq orqanızminin möhkəmlənməsində, boy artımında və immun sisteminin formalaşmasında böyük rol oynayır. Yuxu rejimi uşaqların yaşına uyğun seçilir: 0-3 aylıq körpələr gündə 14 saatdan 17 saata qədər, 4 aydan 1 yaşa qədər uşaqlar 12-16 saat, 1 yaşdan 2 yaşa qədər uşaqlar 11-14 saat, 3 yaşdan 5 yaşa qədər uşaqlar 10-13 saat, 6-12 yaş arası uşaqlar 9-12 saat, 13-18 yaşlı yeniyetmələr isə 8 saatdan 10 saata qədər yatmalıdırlar. Yuxusuzluq orqanizmin sitokin adlandırılan zülal hazırlaması qabiliyyətini məhdudlaşdırır. Sitokinlər infeksiya ilə mübarizə aparır və iltihabı azaldırlar".
Həkim-pediatr immunitetin qorunması üçün bir sıra məsləhətlər də verib: "Yaxşı olar ki, valideynlər uşaqları mövsümə uyğun geyindirsinlər. Mütəmadi olaraq körpə uşaq olan evdə otaqların havası dəyişilməlidir. Hətta yağışlı havada da uşağı həyətə düşürmək və hər bir hava rejiminə uyğunlaşdırmaq lazımdır. Uşaqlara hazır qidalar verməkdən çəkinmək lazımdır. Evdə onlar üçün qida hazırlayarkən təbii bitki yağlarından, eləcə də zeytun yağından istifadə etmək lazımdır.
Daha bir vacib məsələ vaxtlı-vaxtında peyvəndlərin vurulmasıdır. İmmunizasiya körpə vaxtlarından başlayır və yetkinlik yaşına qədər davam edir. Bu zaman qızılca, epidemik parotit, suçiçəyi, rotavirus və digər infeksiyaların qarşısı alınır. Hər il mütləq qripə qarşı da peyvənd vurulmalıdır. Bu, astma və digər xroniki xəstəlikləri olan uşaqlar üçün xüsusilə vacibdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1095   Tarix: 14 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme