Uşaqlarda iştahsızlıq varsa

Uşaqlarda iştahsızlıq varsaSon illərdə əksər valideynlər uşaqların iştahsız olmasından şikayətlənir. Belə olan halda valideynlər uşaqlara zorla qidalandırmağa çalışırlar.
İştahsızlıq nə zaman normal hal, nə zaman xəstəlik əlaməti sayılır? Uşaq qidalanmaqdan imtina edirsə, nə etmək lazımdır?     
E-tibb.az pediatr, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Nigar Sədiyevanın bununla bağlı fikirlərini təqdim edir:
Valideynlər uşağın iştahasızlığından şikayət edirsə, bu, araşdırılmalıdır.
Xüsusilə, uşağın böyümə və inkişafının yaşına uyğun olub-olmadığını araşdırmaq lazımdır. Daha sonra bunun orqanik bir vəziyyət olub-olmadığına baxılmalıdır.
Anemiya, bağırsaq parazitləri, qastroezofaqal reflüks, sink defisiti, qızdırma, qulaqda infeksiya, sidik yolları infeksiyası, tənəffüs yolları infeksiyaları, metabolik xəstəliklər uşaq həkimi tərəfindən araşdırılmalıdır. Uşağın böyüməsi zamanı iştaha dəyişiklik göstərə bilir. Uşaqda fiziki bir problem aşkar edilmədikdə psixo-sosial-davranış pozulması düşünülə bilər. Uşağın yaşadığı sıxıntı, həyəcan, kədər, ailədaxili uyğunsuzluq kimi neqativ duyğular da iştahına təsir edir.
2-5 yaşlar arasında uşaqların böyümə intensivliyi nisbətən azalır, dolayı yolla desək, çox yedizdirilməyə ehtiyacı yoxdur. Bu dövrdə ailələr təbii olaraq, uşaq az yeyir diyə, narahat olmağa başlayırlar. Uşağın ehtiyacından çox yemək yeməsini tələb edirlər və ya gözləyirlər. Bir məqamı unutmayaq, sağlam bir uşaq, tələbatı qədər yeyəcəkdir.Bu dövrdə ailənin həyəcanlarından yaranan yemək yemə problemləri meydana gəlir. Nazlanma, yemək yemə müddətini uzatma, yemək seçmə, çox təzyiq edilərsə, imtina etmə, qusma müşahidə oluna bilir. Ailənin daha çox israr etməsi bu tablonu hər yemək prosedurunda təkrarlanan hala gətirir. Artıq ana-ata və uşaq qarşılıqlı inadkarlıq vəziyyətinə gəlir. Halbuki,  çox zaman uşağın sağlamlığını təhlükəyə salan bir vəziyyət olmur. Lakin bəzən bir qrup xəstəliklərlə əlaqədar uşaqda iştahasızlıq ola bilər. Belə vəziyyətlər mütləq həkim tərəfindən dəyərləndirilməlidir.
Sağlam uşaqların iştahsız olmalarının səbəbləri nələrdir?
- Ana-atanın uşağın üstünə çox düşmələri
- Yemək yemə qaydalarında çox sərtlik
- Uşağı yemək yemə ilə bağlı hədələmək
- Uşağı qusma dərəcəsinə gələnə qədər yedizdirmək
- Özü yeyə biləcəyi yaşlarda belə, uşağı ananın yedizdirməsi
- Uşağı sevmədiyi yeməkləri yeməyə məcbur etmə
- Yemək yemədiyi və az yediyi zamanlar uşağa duygusal və ya fiziki cəza vermək
- Uşağa müntəzəm olaraq, başqa uşaqları nümunə göstərmək
Bu və ya buna bənzər səbəblər uşağın yemək yeməyi rədd etməsinə səbəb olur. Unutmayın, yemək yemədən imtina və ya hədsiz çox yemə, uşağın xüsusilə ana ilə, sağlam ünsiyyət və sevgi ehtiyaclarının ödənilməməsinin nəticəsi olur. Onlarla sağlam ünsiyyət quraq, davranışlarımızla gözəl nümunə olaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1005   Tarix: 08 fevral 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj instagram gelinlikler kosmetoloq salatların bəzədilməsi sizanaqlara qarsi maskalar yalan haqqinda atalar sözləri kariyera və iş həyatı kosmetika pizza hakisdalar xocali oğlaq cinsi elaqe