Uşaqlarda nitq ləngiməsinin səbəbləri

Uşaqlarda nitq ləngiməsinin səbəbləriNitq təfəkkürün ən ali funksiyası olmaqla yanaşı, insan həyatında ən vacib və əhəmiyyətli ünsiyyət vasitəsidir.
Uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbirsizliklə gözləyirlər, amma bəzən valideynlərin gözləntiləri boşa çıxır. Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar. Bəzən də düşünürlər ki, yəqin vaxtı gələndə danışacaq, çünki ailədə, nəsildə gec danışan olmayıb.
Psixopedaqoq Aytəkin Sandalova AZƏRTAC-a verdiyi müsahibədə uşağın nitqinin yaşına görə ləngiməyini bioloji və sosioloji faktorla əlaqələndirir: "Bioloji faktor dedikdə, həm hamiləlik zamanı ananın keçirdiyi müxtəlif xəstəlikləri, zərərli amillərin təsirini, həmçinin doğuş travmalarını və doğuşdan sonra uşağın ilk aylarda keçirdiyi xəstəlikləri göstərmək olar.
Digər bioloji amillər uşağın keçirdiyi baş-beyin zədələnmələri, nevroloji, psixi, somatik və s. səbəblərlə bağlı ola bilər. Valideynlər bilməlidirlər ki, belə patoloji hallar uşaqlarda nəinki nitqin ləngiməsinə, hətta intellektin pozulmasına gətirib çıxarır. Digər faktor sosioloji xarakterlidir. Ailədə çoxdillilik, pedaqoji baxımsızlıq, valideynlər arasında düzgün olmayan münasibətlər uşağın psixi və əqli inkişafına təsir göstərir".
Psixopedaqoq deyib: "Çoxdilli ailələr hələ uşağın nitqi formalaşmamış ona iki və üç dildə müraciət edirlər ki, nəticədə nitqin formalaşması, anlama, qavrama bacarıqaları ləngiyir.
Nitqin inkişafına təsir edən geniş yayılmış səbəblərdən biri də pedaqoji baxımsızlıqdır. İlkin yaşlarda uşaqla az ünsiyyət yaratmaq, onun oyuncaqlarla çox oynamasına, yaxud balacanın uzun müddət cizgi filmi izləməsinə imkan vermək, başqa sözlə, ona lazım olan diqqətin göstərilməməsi uşağın ümumi, yəni fiziki, psixi və əqli inkişafının ləngiməsinə səbəb olur.
Ailədə düzgün olmayan davranışlar, valideynlər arasında əks mövqelilik, uşağın mənfi davranış və hərəkətlərinin qarşısının alınmaması da inkişafın ləngiməsi ilə nəticələnə bilər. Buna görə də hər bir valideyn övladının hansı mühitdə və necə inkişaf etdiyinə diqqət yetirməli, uşaqla daha çox vaxt keçirməlidir.
Beş yaşa qədərki inkişaf prosesi uşağın gələcək həyatının təməlidir. Uşağın ilk yaşlardan şəxsiyyət kimi formalaşması valideynin onu necə dəyərləndirməsi ilə əlaqədardır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 956   Tarix: 27 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yay geyimləri 2026 toy gecesi gozel gorunmek interyer dizayni həsrət şəkilləri buga burcu ideal toy kosmetika pomidor rus dili 2ci ders hesaplama tapmacalar qu quşu