Uşaqlarda qəbizliyin ÇARƏLƏRİ

Uşaqlarda qəbizliyin ÇARƏLƏRİUşaqlarda qəbizlik ən narahatlıq doğuran hallardan biridir. Bəzən bu hal uzun illər davam edir və çarəsi tapılmır.
Uşaqlarda qəbizlik nədən yaranır? Qəbizlik zamanı nə etmək lazımdır? Xalq təbabəti ilə qəbizliyi aradan qaldırmaq mümkündürmü?
E-tibb.az həkim-fitoterapevt Elnur Eldaroğlunun bununla bağlı məqaləsini təqdim edir:
Qəbizlik bağırsağın kifayət qədər boşalmaması, onun fəaliyyətinin ləngiməsi və çətinləşməsi vəziyyətidir. Tibbi-sosial problem olan qəbizlik ailədə və uşaqlarda narahatlıq yaratmaqla yanaşı, həm də uşaq orqanizminin böyümə və inkişafına mənfi təsir göstərir.
Əhali arasında sanitar maarifinin kifayət qədər olmaması, uşaqlarda utancaqlıq hissiyyatı, yaxud uşaq və böyüklərdə bağırsaq boşalmasının normal tezliyi haqqında tam bilgilərin olmaması həkimə edilən müraciətin gecikməsinə səbəb olur.
Normal stul
- 1 yaşa qədər ana südü ilə qidalanan uşaqlarda gündə 7-10 dəfə olur, əlavə qidaya keçdikdən sonra 2-3 dəfə azalır;
- 1 yaşa qədər süni qarışıqlarla qidalanan uşaqlarda gün ərzində 2-3 dəfə;
- 1-3 yaşlı uşaqlarda həftədə 5-6 dəfə;
- 3 yaşdan böyük uşaqlarda gündə 2-3 dəfədən həftədə 3 dəfəyə qədər.
Stulun pozulması
- stulun sayının azalması, yəni 3 yaşa qədər həftədə 6 dəfədən az, 3 yaşdan yuxarı həftədə 3 dəfədən az olması;
- defekasiya aktının çətinləşməsi;
- bağırsaqda tam boşalma hissiyyatının olmaması;
- stulun forma və xarakterinin dəyişməsi - "qoyun qığına bənzər" və ya bağırsaqlarda bir neçə günlük ləngimədən sonra çoxlu duru stulun olması;
- defekasiya aktının 1/3-ni təşkil edən gücənmə ilə müşaiyət olunması.
Qəbizliyin səbəbləri
Qəbizlik qidalanma rejiminin pozulması, psixo-emosional stress faktoru, adətən vərdiş etdiyi yeri dəyişmə, mədə-bağırsaq, mərkəzi və periferik sinir sistemlərinin müxtəlif mənşəli xəstəlikləri, bir sıra dərman maddələrinin təsiri, qurd xəstəlikləri, keçirilmiş bağirsaq infeksiyalarından sonra bağırsaq mikroflorasının pozulması, anemiya, endokrin xəstəliklər, mübadilə pozulmaları, bağırsaqların anadangəlmə qüsurları, düz bağırsağın çatları ilə əlaqədar ola bilər.
Klinik əlamətlər
Bağırsaq əlamətləri
- spastik qəbizlikdə - qarında defekasiya aktından sonra keçən tutmaşəkilli ağrı, "qoyun qığına bənzər" stul;
- atonik qəbizlikdə - qarında narahatlıq, dartınma hissiyatı, çoxlu miqdarda duru nəcis ifrazı, bəzən enkoprez - uşağın alt paltarını qeyri-iradi batırması.
Bağırsaqdan kənar əlamətlər
Oyanıqlıq, əsəbilik, bəzən yuxuculluq, ümumi narahatlıq, ürəkbulanma, baş ağrıları, baş gicəllənmə, tez yorulma, diqqətsizlik, qavramanın və dərsi mənimsəmənin pozulması, ağızdan xoşagəlməz iyin gəlməsi, dilin üzərinin ərpli olması, gözün altında qara kölgələr, vitamin çatışmazlığı əlamətləri - dərinin quru olması, kəpəklənməsi, saçın və dırnaqların qırılması.
Ağırlaşmaları
Uzun müddət müalicə olunmadan davam edən qəbizlik uşaqlarda hemorroy, düz bağırsaq çatları, bağırsaq keçməzliyi, bağırsaq qanaxmaları, paraproktit, enkoprez, nadir hallarda yoğun bağırsağın şişi kimi ağırlaşmalarla nəticələnir.
Müalicəsi
Qida rejimi və pəhrizə diqqət yetirilməli, əsəbi gərginlik törədən stress faktorları aradan qaldırılmalıdır. Qəbizliyin səbəbi və forması müxtəlif olduğuna görə özbaşına müalicə yolverilməzdir və mütləq həkimə müraciət edilməlidir.
RESEPTLƏR
- Hər səhər yeməkdən əvvəl uşağa sterilizə olunmuş yağ içirdilir. Yağla müalicəyə 1 damcıdan başlanır, hər növbəti gün 1 damcı artırmaq şərti ilə 1/2 çay qaşığı həcminə çatdırılır. Bağırsaqların fəaliyyəti tam bərpa olunanda yağ qəbulunu dayandırılır. Yağı sterilizə etmək üçün onu şüşə bankaya tökmək, bankanı su doldurulmuş qazana salmaq və yarım saat qaynatmaq lazımdır.
- 8-10 ədəd qara gavalı qurusunun üstünə 2 stəkan su tökülür, 15 dəqiqə vam ocaqda qaynadılır. Ocaqdan götürən kimi bişirməyə 2 filtr-bağlama Teaxolin və 1 filtr-bağlama Şüyüd çayı əlavə edilərək ağzı bağlanır. Soyuduqdan sonra gündə 2-3 dəfə uşağa içirdilir.
- 1 limonun şirəsi sıxılır, 1 ədəd kənd yumurtasının çiy sarısı ilə qarışdırılır, stəkana tökülərək üzərinə stəkan dolana qədər portağal şirəsi əlavə olunur. Yaşından asılı olaraq çay və ya xörək qaşığı ilə uşağa içirdilir.
- 1 çay qaşığı EX Laksativ bitki yığımı ən tez və davamlı təsirə malik təbii tərkibdir. Dəmləyib gün ərzində 2 dəfə daxilə qəbul edilir.
- 1 çay qaşığı buğda və ya çovdar kəpəyi stəkana tökülür, üstünə çıxana qədər qaynar su əlavə olunur, gündə 3 dəfə yeməklə birlikdə yeyilir. 10 gündən sonra yeyilən kəpəyin miqdarı 2 xörək qaşığına çatdırılır. Kəpəklə müalicə bağırsaq fəaliyyəti normalaşana qədər davam etdirilir.
- 1 çay qaşığı zəyərək toxumunun üstünə yarım stəkan qaynar su əlavə olunur, qarışdırılaraq 15 dəqiqə dəmlənir, gündə 2-3 dəfə 1 çay qaşığı qəbul olunur.
- Kiçik yaşlı uşaqlara bişmiş çuğunduru sürtgəcdən keçirdikdən sonra bitki yağı ilə qarışdırıb yedizdirmək, bir qədər yuxarı yaşlı uşaqlarına çuğundur şirəsini balla qarışdırıb içirmək tövsiyə olunur.
- Uşağa kefir içirtmək və ya az miqdarda kefiri bitki yağı ilə qarışdırıb vermək olar.
- Hər yeməkdən qabaq kiçik bir salxım üzüm yeyilir və ya üzüm şirəsi içilir.
- Hərəsindən 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri, bostan şüyüdü və adi zirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı termosda 2 stəkan qaynar suda dəmlənir. Körpələrə 1 çay qaşığı, böyük uşaqlara gündə 3 dəfə yeməkdən qabaq 1-2 xörək qaşığı verilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 990   Tarix: 08 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj instagram gelinlikler kosmetoloq salatların bəzədilməsi sizanaqlara qarsi maskalar yalan haqqinda atalar sözləri kariyera və iş həyatı kosmetika pizza hakisdalar xocali oğlaq cinsi elaqe