Uşaqlarda suçiçəyi xəstəliyi

Uşaqlarda suçiçəyi xəstəliyiSuçiçəyi yoluxucu bir xəstəlik növüdür. Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində, daha sonra isə bütün bədəndə görünməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar qalacaq. Suçiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ilə rəngləmək, dəri səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək məsləhətdir.
Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.
Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpki əmələ gəlir. Səpki ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.
Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.
Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.
Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.
Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla ("marqantsovka") su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yağı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.
Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.
Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.
Hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1048   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər

Sağlam qidalanma və uzun ömür mövzusunda maraqlı faktlardan biri də Yaponiyadakı uzunömürlü insanların gündəlik qidalanma vərdişləridir. Onların menyusunda xüsusi yer tutan məhsullardan biri umeboşidir.  xəbər verir ki, umeboşi

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

Bu vərdiş narahatlıq riskini artırır

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi vərdişlər, fərqində olmadan onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq səviyyəsinin artmas

.

Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı

Gündəlik şəxsi baxımın ən sadə addımı olan duş zamanı edilən bəzi xətalar dəri quruluğu, qıcıqlanma və infeksiya riskini artırır. Mütəxəssislər "az məhsulla sadə rutin" izləməyin ən doğru üsul olduğunu vurğulayırlar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu balıq sinir sistemini gücləndirir

Mintay balığı stresslə mübarizədə faydalıdır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, mintay balığı yüksək səviyyədə selenium tərkibi sayəsində sinir sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bu mikroelemen

.

Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq

Yuxu keyfiyyətini artırmaq üçün yalnız düzgün gündəlik rejimə riayət etmək kifayət etmir; yataq otağının temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması da vacib hesab olunur. xəbər verir ki, rusiyalı mütəxəssis Serge

.

Qripə bənzəyən yeni virus YAYILIR: Qızdırma, öskürək

Human metapneumovirus (HMPV) adlı virusun yoluxma hallarının artdığı bildirilir. xəbər verir ki, simptomları qrip və ya soyuqdəyməyə çox bənzədiyi üçün çox vaxt başqa xəstəliklərlə qarışdırılır. 2001-ci ildə aşkarlanan b

turlar.az

geyim necə seçməli geyim və ayaqqabılar yaz geyimleri 2026 alin yazisi xanim qafarova ehtiras otaq dizaynlari sudun terkibi kosmetika novruz bayramına aid bakışta pizza seksler azərbaycan turpun nağlı