Uşaqlarda yeni virus infeksiyası aşkarlanıb

Uşaqlarda yeni virus infeksiyası aşkarlanıbÜmumdünya Səhiyyə Təşkilatı uşaqlarda yeni virus aşkarlandığını təsdiq edib. Söhbət yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirəndən bir ay və ya altı həftə sonra aşkarlanan infeksiyalardan gedir.
Pediatrlar deyirlər ki, bu, kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Xəstəlik uşaqlarda təzyiqin aşağı düşməsi və şok halları, əllərdə və ağız boşluğunda səpgilər, qusma və ishal kimi əlamətlərlə özünü büruzə verir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Telman Aytayev deyib: "Ambulator müalicə uşağın yaşı, vəziyyəti və xəstənin həkimə müraciət vaxtı ilə əlaqədar dəyişə bilər. Xəstəliyə gec diaqnoz qoyulanda müalicə proseduru da gecikmiş olur. Ona görə də diaqnoz erkən vaxtlardan qoyulmalıdır. Üç gün sonra qızdırma, başqa heç bir səbəbin olmadan ümumi vəziyyətin pisləşməsi ağla gələn ilk diaqnozlardan biridir".
Xəstəlik uşaq və yeniyetmələrdə müşahidə olunur. Bundan başqa uşaqların koronavirusun "Britaniya ştammı"na yoluxmaq təhlükəsi də var.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-radioloqu Aydın Əliyev bildirib: "Koronavirus xəstəliyinin mutasiyaya qədərki dövründə uşaqlarda demək olar ki, heç bir problem yaranmırdı, yalnız yüngül qrip əlamətləri müşahidə olunurdu. Lakin yeni ştamm uşaqlarda daha çox əlamətlər yarada bilir. Əlamətlər çox müxtəlifdir. Boğaz ağrısı, boğaz qıcıqlanması, temperatur, öskürək, hava çatışmazlığı hissi, döş qəfəsində ağrı, əzələ, oynaq və başağrıları ilə müşayiət edilir. Həmin əlamətlərdən hər hansı biri müşayiət olunanda mütləq həkimə müraciət edərək müayinələrdən keçmək lazımdır".
Valideynlərin uşaqların qida rasionuna diqqət yetirməsi, həmçinin onların gigiyenik təmizliyinə nəzarət etməsi çox vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2025   Tarix: 02 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda