Uşaqları qızılca və poliomielitə qarşı peyvənd etdirin - ÇAĞIRIŞ

Uşaqları qızılca və poliomielitə qarşı peyvənd etdirin - ÇAĞIRIŞKoronavirus pandemiyası uşaqların peyvənd olunmasına mane olmamalıdır.
Milli.Az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müraciətində bildirilib.
Qurum poliomielit və qızılca epidemiyasının qarşısını almaqdan ötrü bu sahədə mümkün olan bütün zəruri tədbirləri görməyə səsləyib.
Səhiyyə sisteminin resursları indi əsasən COVID-19 pandemiyasına qarşı mübarizəyə yönəldiyindən bir çox ölkələrdə vaksinasiya kampaniyasına gecikmələr müşahidə olunur. ÜST və UNICEF-də aparılan hesablamalara görə, peyvənd və immunizasiya üzrə Qlobal Alyansdan (GAVİ) dəstək almayan ölkələrdə bu istiqamətdəki bütün boşluqları doldurmaq üçün 655 milyon dollar tələb olunur.
"COVID-19 pandemiyasının nəticələri səhiyyə sahəsinə, xüsusən də qlobal miqyaslı immunizasiya prosesinə son dərəcə mənfi təsir göstərir. Bununla belə, COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətdən fərqli olaraq, bizdə poliomielit və qızılca ilə mübarizə aparmaq üçün bütün lazımi bilik və vasitələr var", - deyə ÜST-ün rəhbəri Tedros Qebreyesus söyləyib:
"Biz bu sahədə qazandığımız bütün bilik və bacarığımızı, müvafiq əyani vasitələri tətbiq etməkdən ötrü kifayət qədər iradəyə və resurslara malikik. Əgər biz buna nail olsaq, bir çox uşağın həyatını xilas edə bilərik".
Qeyd olunub ki, son bir neçə ildə qızılca xəstəliyinin qlobal miqyasda sürətlə yayılması müşahidə olunur. Mütəxəssislər əsas səbəblərdən biri kimi əhalinin peyvəndlərdən imtina etməsini göstərirlər. 2019-cu ildə bu xəstəliyə yeni yoluxmaların sayı son 20 il ərzində qeydə alınmış ən yüksək həddə çatıb. COVID-19 pandemiyası bu sahədəki mövcud vəziyyəti daha da gərginləşdirib.
Bununla yanaşı, Pakistan və Əfqanıstanda, habelə Afrikanın bəzi regionlarında poliomielit xəstəliyinə tutulanların sayının artacağı ehtimal olunur. ÜST xəbərdarlıq edir ki, xəstəliyin yayılması indi dayandırılmasa, yaxın 10 il ərzində yeni yoluxanların sayı ildə 200 minə çata bilər:
"COVID-19 qlobal pandemiyasına qarşı mübarizə çox vacibdir. Lakin dünyanın ən yoxsul bölgələrində milyonlarla uşağın həyatını riskə məruz qoyan digər çox təhlükəli xəstəliklər var. Biz bütün ölkələrin rəhbərlərini, donorları və tərəfdarları bu istiqamətdə birgə əməkdaşlığa dəvət edirik. Bununla belə, yenidən vaksinasiya kampaniyasını başlamaq üçün bizim hələ də əlavə maliyyə resurslarına ehtiyacımız var".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1486   Tarix: 29 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda