Uşaqların düzgün qidalanması ilə bağlı MƏSLƏHƏTLƏR

Uşaqların düzgün qidalanması ilə bağlı MƏSLƏHƏTLƏRQidalanma həyatımızın hər mərhələsində çox vacibdir. Doğulduqdan iki yaşına qədər olan dövr uşaqların ən sürətli böyümə mərhələsidir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bu barədə bildirilib ki, məhz bu dövrdə sağlam, düzgün qidalanma böyük əhəmiyyət kəsb edir.
Uşaqların sağlam şəkildə dünyaya gəlməsi, böyüməsi üçün anaların hamilə və laktasiya dövründə düzgün qidalanması və bu mövzu çərçivəsində maarifləndirilməsi vacibdir.
Yeni doğulmuş körpə üçün ən uyğun qida ana südüdür. Ana südü altı ay ərzində körpələrin bütün ehtiyacını ödəyən fizioloji bir qidadır. Hər ananın südü körpəsinə uyğun olaraq spesifikdir.
Əsrlər boyu insanlar arasında ana südü körpələrin qidalanmasında əvəzedilməz qida olaraq yer alıb.
Ana südü təkcə körpələrin deyil, ananın da sağlamlığına təsir edir. Doğuşdan sonra gələn ilk süd- maye həcminə, görünüşünə, tərkibinə görə fərqlənən kolostrumdur (maloziva). Doğumdan sonra ilk günlərdə ifraz olunan kolostrum sekretor İg A (immunoqlobulin A), laktoferrin kimi immunoloji komponentlərlə və epidermal böyümə kimi inkişaf faktorları ilə zəngindir. Ana südü yeni doğulmuş uşağa lazım olan bir çox vitamin və minerallar ehtiva edir. Ana südündə bir çox mikroelementlərin, A, B1, B2, B6, B12, D kimi vitaminlərin miqdarı ananın qidalanmasından və orqanizmində depolanmasından asılı olaraq dəyişir. Qeyd edək ki, ana südünün tərkibində K vitamini az olduğundan Amerika Pediatriya Akademiyası onun inyeksiyasını tövsiyə edir. Həmçinin kifayət qədər günəş şüası qəbul etməyən anaların südündə D vitamini çatışmazlığı da yarana bilir.
Ana südündə olan immunoloji faktorlar körpəni infeksiyalardan, bir çox xəstəliklərdən (sətəlcəm, otit, ishal, mədə-bağırsaq traktının infeksiyaları, meningit, qızılca və s.) qoruyur. Ana südü körpələrin immun sistemini gücləndirir və sonrakı dövrlərdə allergik reaksiyaların, diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Körpələrin həzm sistemi üçün "mükəmməl qida" adlandırılan ana südünün komponentləri – laktoza, zülal (zərdab, kozein) və yağlar yeni doğulmuş uşaq orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Həmçinin araşdırmalar sübut edir ki, ana südü idrak proseslərinin inkişafına kömək edir. Belə ki, məhz ana südü ilə qidalanan uşaqların IQ səviyyəsi, zəka testlərində göstərdikləri nəticələr digərlərinə nisbətən daha yüksəkdir. Ana südü ilə qidalanan uşaqlar fiziki inkişafı, təmkinli, xeyirxah olması ilə də seçilirlər.
Təxminən 6 aylıq bir dövrdən sonra körpənin enerji və qida maddələrinə olan tələbatını ödəmək üçün əlavə qidalara ehtiyac duyulur. Böyüyən və hərəkətliliyi artan körpənin əlavə qidalanmasına vaxtında başlanmalı, tərtib edilən qida rasionu uyğun və daha sağlam olmalıdır.
Əlavə qidalara gec başlanması körpənin böyümə və inkişafının ləngiməsinə, vitamin və mineral çatışmazlığına, eləcə də çeynəmə aparatının formalaşmasında problemlərə səbəb ola bilər. Sağlamlıqla bağlı bir çox problemlərin səbəbi məhz körpə yaşlarından səmərəsiz qidalanma ilə şərtləndirilir. Əlavə qidalara keçid zamanı zülal tələbini ödəmək çox vacibdir. 6-12 ayda zülal ehtiyacı yeni doğulmuş körpələrə nisbətən daha yüksəkdir.
Körpələrdə əsas enerji mənbəyi yağlardır. Belə ki, ana südündəki yağ miqdarı enerjinin 40-55 %-ni təşkil etdiyi halda, əlavə qidaların əksər hissəsi karbohidratlardan ibarət olduğu üçün enerji səviyyəsi bir qədər azalır. Körpə uşaqlar üçün hazırlanan əlavə qidaların çoxunu taxıllar təşkil edir. İnkişaf etmiş ölkələrdə taxıllar, nişasta ehtiva edən köklər, kök yumruları, tərəvəzlər əlavə qida kimi geniş istifadə olunur. Nişasta və karbohidrat körpələrin qidalanması üçün əvəzolunmazdır. Körpələrin qidalanmasında istər bitki mənşəli, yəni taxıllar, kök bitkiləri, tərəvəz və meyvələr, paxlalılara, istərsə də heyvan mənşəli qidalara - ət, qaraciyər, balıq, dəniz məhsulları, yumurta, süd və süd məhsullarına üstünlük verilməlidir. Rasiona gündəlik isti duru yeməklər mütləq əlavə edilməlidir.
Süd təzə inək südü inkişaf etməkdə olan və böyüyən uşaqlar üçün zəngin qida maddəsidir. Lakin bəzi ölkələrdə inək südünün 9 aydan tez istehlak edilməsi məsləhət görülmür. Belə ki, inək südü dəmir çatışmazlığı anemiyasına səbəb olur. ABŞ və İngiltərədə 1 yaşdan, Kanada və Danimarkada 9 aydan, İsveçdə isə 10-cu aydan sonra körpələrə inək südünün istehlakı tövsiyə edilir.
Pendir, kefir və qatıq fermentasiya olunmuş süd məhsullarıdır. Körpələrin qidalanmasında pasterilizasiya olunmuş süddən hazırlanmış duzsuz pendirdən 9-cu aydan etibarən az-az istifadə edilə bilər.
Ət yüksək miqdarda zülallarla, dəmir, sink mineralları, B6, B12 vitaminləri ilə zəngindir və körpələrin qidalanmasında əvəzsiz rolu olan bioloji bir qidadır. Ətin tərkibində palmitik və stearin turşusu kimi doymuş yağ turşuları mövcuddur. Toyuq əti isə daha çox zülal, riboflavin, niasin, B6 və B12 vitaminləri ilə zəngindir. Ətin lifli quruluşu körpələr tərəfindən daha çətin mənimsənildiyindən tərəvəz pürelərinin içərisinə döyülmüş və ya kiçik parçalar şəklində əlavə oluna bilər.
Qaraciyər zəngin zülal və mikroelement mənbəyidir. 1 yaşdan sonra körpələrin qidalanmasında qaraciyərdən istifadə tövsiyə edilir.
Balıq və balıq məhsulları da olduqca faydalı qida maddələrinin mənbəyidir. Uşaqların qida rasionunda mütləq olmalıdır.
Yumurta zülallar, aminturşularla zəngin bir qidadır. Yumurta sarısı dəmir, A vitamini, B qrup vitaminləri ilə zəngindir. Salmonella riski olduğundan yumurta yaxşı bişirilməlidir.
Allergiyaya səbəb olduğundan isə körpələrə altıncı aydan tez verilməsi tövsiyə edilmir.
Taxıllar - buğda, arpa, düyü, qarğıdalı, yulaf, çovdar əlavə qidalanmada ən çox istifadə olunan məhsullardır. Bu tip məhsullar yüksək miqdarda (65-70 %) karbohidrat ehtiva edir.
Mütəxəssislər bu qidaları yüksək enerji mənbəyi olaraq dəyərləndirirlər. Əsas taxıl zülalları prolamin, qlütelin, qlobulin və albümindir. Prolamin ən az düyüdə, ən çox qarğıdalıda olur.
Meyvə və tərəvəzlər vitamin, mineral, antioksidant və lif baxımından zəngin qidalardır. Vitamin itkisinin qarşısını almaq üçün tərəvəzləri yeyildiyi və ya bişirilən zaman doğramaq, az suda qısa zaman ərzində bişirmək, eləcə də dərhal istehlak etmək lazımdır. Meyvə-tərəvəzin mövsümə uyğun olaraq istehlakı şərtdir. Meyvə-tərəvəzlərin təzə sıxılmış şirəsinin isə körpələrə əsasən yeməkdən sonra verilməsi məsləhət görülür.
Əlavə qidalardan hesab olunan sıyıqları dadlandırmaq üçün bəkməz və baldan da istifadə edilir. Bəkməz karbohidrat (fruktoza, qlükoza), dəmir, kalium və kalsiumla zəngindir. Qeyd edək ki, bir yaşdan kiçik uşaqlara balın verilməsi tövsiyə olunmur.
Elə qida məhsulları var ki, onları rasionda məhdudlaşdırmaq lazımdır. Duzlu qidalar və şəkərin həddindən artıq qəbulu gələcəkdə bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Həmçinin qida rejiminin pozulması da körpələrdə piylənmənin yaranmasına gətirib çıxarır.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 3927   Tarix: 20 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

gelinlikler hamiləlik gözəllik məhsulları öd daşı soz ehtiyati artirmaq cadudan qorunma qara gavali salati kosmetika novruz bayramına aid hakışda birlik üzeyir hacıbəyli tərəzi baliq