Uşaqların gözlərinin altı niyə qaralır? 8 ən yayılmış səbəb

Uşaqların gözlərinin altı niyə qaralır? 8 ən yayılmış səbəbİnsanın üz dərisi onun sağlamlığının aynasıdır. Dərinin rənginin dəyişilməsi, ləkələr, sızanaqlar, kapilyarların üzə çıxması və s. kimi əlamətlər hər hansı xəstəliyə işarə edə bilər.
Adətən gözlərin altında tünd ləkələr, dərinin torbalanması, şişməsi böyrək xəstəlikləri ilə əlaqələndirir.  Lakin bu əlamətlərin digər səbəbləri də ola bilər. Bəzi hallarda bu ümumiyyətlə heç bir xəstəliyə işarə etmir və sadəcə insanın özəlliyidir.
Uşaqlarda da gözlərin altında göy kölgələr əmələ gələ bilər. Bu adətən analarda ciddi narahatlığa səbəb olur. Saglamolun.az sizi uşaqlarda gözlərin altında tünd ləkələrin əmələ gəlməsinin səbəbləri ilə tanış edir:
1. Genetika
Dərinin çox nazik olması və kapilyarların onun altında yaxın yerləşməsi belə ləkələrə səbəb ola bilər. Bu anatomik xüsusiyyətdir və heç bir xəstəliyə işarə etmir. Bu simptom ana və ya atada, yaxın qohumlarda (baba, nənə, əmi, bibi, xala, dayı) olur.
2.  Yorğunluq
Bu əsasən məktəblilərə aiddir. Məktəb dərsləri, hazırlıqlar, müxtəlif dərnəklər uşağın həddindən artıq yorulmasına səbəb olur. Bu da öz növbəsində üşağın xarici görünüşünə təsi edir - solğun dəri, gözlərin altında qara kölqələr.
3. Düzgün olmayan qidalanma
Uşağın qidalanması sağlam və tamdəyərli olmalıdır. Meyvə-tərəvəz, müxtəlif sıyıqlar, süd məhsulları, ət, yumurta qidalanmada daim olmalıdır.
4. Yuxunun az olması
Məktəblilər orta hesabla 9-10 saat yatmalıdır. Əks halda bu onların sağlamlığına mənfi təsir edir, müxtəlif pozulmalara yol açır.
Uşaq 22.00-dan gec olmayaraq yatmağa gedməlidir.
5. Açıq havada az olmaq
Uşaq hər gün ən azı 1 saat açıq havada olmalıdır. Əgər uşaq açıq havada olmur, daim qapalı evdə qalırsa  və xüsusilə də məhdudiyyətsiz kompüter, telefon, planşetdən istifadə edirsə, bu onun sağlamlığında və xarici görünüşündə çox ciddi iz qoyur.    
6. Qanazlığı
Bu da qara kölgələrin ən yayılmış səbəblərindəndir. Qanazlığı olan uşaqların dərisi çoz solğun, ağ olur, nazilir ki, altındakı kapilyarlar daha aydın görünməyə başlayır. Gözlərin altında olan dəri çox nazik olduğundan tünd kapilyarlar burada kölgələrin əmələ gəlməsinə səbəb olur.
7. Qurdlar
Qurdlar uşağın orqanizmini zəhərləyir ki, bu dərinin vəziyyətinə də təsir edir.
8. Böyrək xəstəlikləri
Bu səbəbi də istisna etmək olmaz.
Pediatların fikrinə görə, xəstəlikdən öncə uşağın fiziologiyası, gözaltı dəri, genetik amillər araşdırılmalıdır. Əgər nəsildə çox adamda belə hal varsa, deməli, narahatlığa əsas yoxdur.
Əgər uşaq yaxşı yatır, aktivdir, normal yeyir, analizlər qaydasındadırsa, gözlərin altının rəngini dərd etməyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1397   Tarix: 30 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi reseptler yemek reseptleri sac düzümləri qadindunyasi.az kakoslu paxlava hazirlanmasi kosmetika novruz bayramına aid hakışda bayatılar həsən bəy zərdabi ekizler burclər