Uşaqların immunitetini qaldıracaq qidalar

Uşaqların immunitetini qaldıracaq qidalarİmmunitet sistemi zəiflədiyi üçün, bir çox xəstəliklərin meydana gəlməsi asanlaşır. Buda uşaqların gələcəyinə mənfi təsir göstərir.

Bunun üçün uşaqların qidalanmasına diqqət göstərilməli, zaman-zaman qan təhlili etdirərək bədəndəki mineral və vitaminlərə nəzarət edilməlidir.

Uşaqlıq dövründə öyrənməyi çətinləşdirən və ümumi bədən müqavimətini aşağı salan faktorlardan biri pis qidalanma vərdişləridir. Bu vərdişlər bədəni bir çox vitamindən və faydalı qida maddəsindən məhrum edərək beyinə zərər verir. Beyin enerjisini tam ala bilmədiyi üçün, funksiyasını da lazım olduğu kimi yerinə yetirə bilmir. Bunun nəticəsində diqqət dağınıqlığı, qavramanın pozulması, öyrənmə çətinliyi yaranır.

Bu baxımdan düzgün qidalanmaq uşaq sağlamlığı və inkişafında vacib amillərdən hesab olunur.

Beyin də bədənin ən çox qidalanmaya ehtiyac duyan orqanıdır. Daha çox vitamin və minerallara ehtiyac duyar.
Ona görə də qida rasionunda vitamin, mineral və antioksidantlarla zəngin olan qidalara üstünlük verilməlidir.

Süd və süd məhsulları, yağlı toxumlar, çiyələk, qarağat, böyürtkən, moruq kimi meyvələr, rəngli tərəvəzlər də uşaq sağlamlığna faydalıdır.

Uşaqların inkişafında əhəmiyyətli olan qidalar eyni zamanda onları xəstəliklərdən qoruyur. Həmin qidalara qaragilə, avokado, balqabaq çəyirdəyi, badam, somon balığı, ispanaq, lobya, mərcimək, kakao, darçın, yumurta da aiddir.

Badam: Tərkibində E vitamini və maqnezium olan badam, uşaqların qan dövranı sistemini yaxşılaşdırır. Antioksidantla zəngin olan badam, dəri sağlamlığı üçün də faydalıdır.

Yumurta: Yumurtanın ağında zülal, sarısında isə sağlam yağlar var. Bundan əlavə yumurtada B12 vitamini və folik turşuları var. Buda orqanizim üçün olduqca faydalıdır.

Qaragilə: Antioksidant anbarı hesab olunur və uşaqları bəzi xəstəliklərdən qoruyur.

Balqabaq çəyirdəyi: Badam, zeytun yağı, fındıq, soya, balqabaq çəyirdəyi kimi qidaların tərkibində bitki mənşəli Sterol olduğundan xolesterolu salmağa kömək edir.

Somon balığı: Bu balıq növündə ürək və beyin sağlamlığı üçün əhəmiyyətli olan Omega 3 yağ turşuları var. Digər vitaminlər də faydalııdr.

Avokado: Bu möcüzəvi bitkidə doymamış yağlar da var. Bu meyvə, uşaqların böyüməsinə və beyin inkişafına dəstək olur.

İspanaq: Lifli tərəvəzlərdən olan ispanaq, A və C vitaminin yanında, kalsium, dəmir və fol turşusu qaynağıdır.

Lobya və mərcimək: Ətli yeməklərə ekvivalent hesab olunan bu qidalar vegeterian uşaqlar üçün idealdır. Zülal anbarı hesab olan quru paxla və mərcimək, sinir sistemini tarazlıqda tutmaqla, bədəni enerji ilə təmin edir.

Darçın: Anti-viral xüsusiyyəti olan darçın, soyuqdəyməyə təsirlidir. Ayrıca darçın, qan şəkərini də nizamlar.

Kakao: Təbii və qatqısız kakao, dəri sağlamlığı üçün çox əhəmiyyətlidir, günəşin zərərli şüalarına qarşı dərini qoruyur.

Ailə və Uşaq     Baxılıb: 2812   Tarix: 24 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları uşaq geyimləri nagillar kombinler 2026 yay 2026 cu ilin modasi kosmetika brusell bakteriyası atalar sozu xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır narin faydasi baldiza aid