Uşaqların peyvənd olunmasıyla bağlı TƏBİB-dən AÇIQLAMA
"Hazırda Azərbaycanda uşaqların koronavirus əleyhinə peyvənd olunmasını düşünmürük".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O bildirib ki, alınan vaksinlərin təyinatında 18 yaşdan yuxarı şəxslərə vurulması qeyd olunur:
"Hələlik uşaqları vaksinasiya etməyə ehtiyac görmürük. Bu, araşdırılmalıdır. Gələcəkdə Ümumdünya Səhiyyə Təşkilatı, beynəlxalq təşkilatlar tövsiyə etsə, barədə düşünəcəyik".
Y. Qarayeva qeyd edib ki, ölkəyə gətiriləcək müxtəlif növ vaksinlərin xüsusi olaraq hər hansı yaş qrupuna uyğun tətbiq olunması düşünülmür: "Vaksinasiyanın məqsədi xəstəliyin ağır gedişatını və ölümləri azaltmaqdır".
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Hüseyn əməliyyat olundu - Foto
Türkiyədə məşhurlar saxlanıldı
Enerjini azaldan gündəlik səhvlər