Uşaqların qida rasionuna xüsusi diqqət yetirin

Uşaqların qida rasionuna xüsusi diqqət yetirinUşaqların yeməyinə duz və ya şəkər əlavə olunmamalıdır
Uşaqlar gündəlik 2 q-dan az duz qəbul etməlidirlər - böyüklərin qəbul etdiyinin 1/3 hissəsi qədər. Buna görə də, bir çox böyüklər üçün yeməklər uşaqlar üçün uyğun sayılmır. Uşaqlarınız üçün hazırladığınız yeməyə duz əlavə etməyinizin məsləhət görülmür. Meyvələrdə, tərəvəzdə və süddə olan təbii şəkər yaxşıdır, lakin şəkər əlavə olunmuş qidaları istifadə etməyin.

Uşaqlar üçün sağlam yemək
Uşağınız körpə olmaqdan uşaq olmağa keçdiyi zaman, intensiv fiziki və zehni inkişaf mərhələsi baş verir. Körpənizin əzələləri gücləndikcə, onun beyni yerimək​ və danışmaq kimi daha inkişaf etmiş fəaliyyətlər yerinə yetirməyə başlayır. Sağlam böyümə və inkişafı təmin etmək üçün, balanslı uşaq pəhrizi vacibdir.

Uşağın qidalanma ehtiyacları sizinkindən fərqlidir
Valideynlər bilməlidilər ki, sağlam uşaq yeməyi üçün onlar uşaqlarının xüsusi qidalanma ehtiyaclarını qarşılamalıdırlar. Bu ailə yeməyi planlaşdırılarkən nəzərə alınmalıdır. Nümunə olaraq:

Uşaq üçün vitaminlər və minerallar
Uşaqların müxtəlif əsas qidalandırıcılara ehtiyacları var. Nümunə olaraq, onlar böyüklərlə müqayisədə 4 dəfə artıq dəmir, 2 dəfə artıq sink, 6 dəfə artıq kalsium (bədən çəkisinin hər kq üçün) tələb edirlər.

Kiçik pay ölçüsündə uşaq yeməyi
Sizin mədənizdən 3 dəfə kiçik mədəsi olan uşağınız az miqdarda və tez - tez yemək yeməlidir. Onlar tez böyüyür və daha çox fəal olurlar, buna görə də, hər qaşıq yeməkdə sizdən daha çox kalori (enerji) və qidalandırıcılara ehtiyacları var. Müntəzəm qidalandırıcı yüngül qəlyanaltılarla yanaşı üç kiçik, balansı yemək onlara gün ərzində lazımi enerjini və qidalandırıcıları təmin edəcək. Əla qidalandırıcı yüngül qəlyanaltı fikirləri üçün bizim uşaq üçün ən yaxşı yüngül qəlyanaltılar bölməsinə baxın.

Daha çox yağ, daha az lif
Uşağınızın nisbətən daha artıq yağlı və daha az lifli pəhrizə ehtiyacı var – bu böyüklərdə olan pəhrizin əksidir (bizim Yağlar və uşağınız​​ barədə məqaləmizi oxuyun). Lifin böyüklər üçün xeyirli olmasına baxmayaraq, onun həddindən artıq qəbulu uşağınızı doydura və ehtiyacları olan enerji və qidalandırıcıları qəbul etməkdən çəkindirə bilər.

Prebiotoklər
Prebiotiklər uşağınızın qarnında olan faydalı bakteriyaları qidalandırır. Prebiotiklər ana südündə olur. Buna görə də, o uşaqlar üçün ən yaxşı qida hesab olunur. Lakin, onlar, həmçinin, banan, soğan, pomidor, kasnı və bəzi böyümə südlərində də mövcuddur. Bu qidaların uşağınızın pəhrizində olması faydalı bakteriyaların lazımi səviyyəsini təmin edəcək.

Uşağınız üçün süd və süd məhsulları
Süd hələ də uşağınızın pəhrizində mühüm rol oynayır: onlar gündəlik süd qəbulunu təmin etmək üçün 500 ml-ə qədər süd və ya süd qarışığı, pendir və qatıq qəbul edə bilərlər. Nutrilon 3 bir çox meyvələrdə, taxılda və tərəvəzlərdə təbii olaraq mövcud olan xüsusi ingredientlər olan cGOS/lcFOS prebiotikləri ilə birlikdə xüsusilə hazırlanmış böyümə südüdür. Bu məhsulda, həmçinin, uşağınızın beyninin inkişafı və sağlam qanı üçün vacib, inək südündən də artıq, olan dəmir var. İnək südündə olandan daha artıq miqdarda vitamin C ilə birlikdə Nutrilon 3 böyüyən uşağınızın ehtiyacı olduğu əsas qidalandırıcıları təmin edir.

Ailə və Uşaq     Baxılıb: 2505   Tarix: 14 yanvar 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

donlar 2026 yaz geyimleri 2026 makiyaj etmek qaydalari prezervativ masaj şirniyyat resepti elm haqqinda atalar sozu kosmetika kokelmek sağlamlıq cinsi əlaqə itburnu novruz bayramina aid hakista