Uşaqlıq boynu xərçəngi: Ən çox hansı səbəblərdən yaranır?

Uşaqlıq boynu xərçəngi: Ən çox hansı səbəblərdən yaranır?Qadınlar arasında ən çox yayılan ginekoloji-onkoloji problemlərdən biri də uşaqlıq boynu xərçəngidir. Vaxtında aşkarlanıb, müalicə olunmadıqda bu, ölümlə nəticələnir. Bu problem nədən yaranır? Xəstəlik daha çox hansı əlamətlərlə özünü büruzə verir?
Milli.Az e-tibb.az-a istinadən ginekologiya, onkoginekologiya və laporoskopik cərrahiyyə üzrə mütəxəssis, uzman həkim Əkbər İbrahimovun bununla bağlı fikirlərini təqdim edir:
Uşaqlıq boynu xərçəngi dünya miqyasında qadınlar arasında ən çox görülən bədxassəli şişlər arasında dördüncü sıradadır. 2012-ci ildə dünyada 528.000 xanıma uşaqlıq boynu xərçəngi diaqnozu qoyulub, 266.000 qadın isə dünyasını dəyişib. Təəssüf ki, hər iki dəqiqədən bir bu səbəbdən 1 xanım dünyasını dəyişir.
Digər onkoginekoloji xəstəliklərdən fərqli olaraq daha gənç yaşlarda (44-49 yaş arası) rast gəlinir. Xəstəliyin daha çox yastı hüceyrəli (70%) və adenokarsinoma (25%) histoloji tipləri rast gəlinir.
Bu xəstəliyin əmələ gəlməsində mühüm rol oynayan faktor İnsan Papilloma Virusudur (HPV). Belə ki, bu xəstəlik zamanı HPV virusunun aşkarlanma ehtimalının  99.7% olduğu məlumdur.
Xəstəlik erkən mərhələdə çox zaman heç bir əlamət vermədən gedir. İrreqular və ya ağır vaginal qanama və ya postkoital qanama ən çox rast gəlinən əlamətləridir. Xəstəliyin diaqnozu ginekoloji müayinə və uşaqlıq boynu biyopsiyasından sonra qoyulur.
Uşaqlıq boynu xərçənginin inkişafına aşağıdakı faktorların səbəb olduğu bildirilib:  
Erkən yaşda cinsi aktivliyə başlamaq
Bir neçə cinsi partnyorun olması
Çoxlu cinsi partnyoru olan kişilərin daimi partnyoru olmaq
İmmuniteti zəiflədən yanaşı ciddi xəstəliklərin olması (məsələn HİV )
Cinsi yolla keçən digər xəstəliklərin əvvəlcədən mövcud olması
Müntəzəm siqaret çəkilməsi
Bu, kifayət qədər ağır problem olduğundan müalicədən əvvəl xəstəliyin mərhələsi diqqətli şəkildə təyin edilməlidir. Xəstəliyin erkən mərhələ, yerli yayılmış və metastatik qrupda olduğu yalnız düzgün mərhələləndirmədən sonra bəlli olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1872   Tarix: 24 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

sac duzumleri toy makiyajlari yay kolleksiyasi necə hamilə qalmaq olar pehriz salatlar kliniki ölüm boşanmalar kosmetika eqreb vusale elizade masturbasiya nedir itburnu veten