ÜST AÇIQLADI: "Omikron" "delta"dan daha yüngüldür
"Omikron" mutasiyasının "delta"dan daha yüngül xəstəliyə səbəb olduğuna dair bəzi sübutlar var, lakin buna əmin olmaq üçün hələ tezdir.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında danışıb.
" "Omikron" mutasiyası 57 ölkədə aşkar edilib və biz bu sayın artmağa davam edəcəyini gözləyirik. Onun bəzi xüsusiyyətləri bunu deməyə əsas verir. Epidemiyanın gedişatına böyük təsir göstərə bilər. Nəticədə nə olacağını bilmək hələ də çətindir. Digər mutasiyalarla müqayisədə artımın dəqiq sürətini ölçmək çətin olsa da, yoluxmanın sürətlə artdığını görməyə başlayırıq.
Cənubi Afrikadan gələn yeni məlumatlar təkrar yoluxma riskinin artdığını göstərsə də, daha etibarlı nəticələr çıxarmaq üçün daha çox məlumat lazımdır", - baş direktor qeyd edib.
Qebreyesus "Fransa və İsveçrənin Cənubi Afrikaya səyahət qadağalarını ləğv etməsindən məmnunam və digər ölkələri də onların yolu ilə getməyə çağırıram. Fransaya və İsveçrəyə təşəkkür edirəm" deyib.
Qeyd edək ki, "omikron" mutasiyasının aşkarlanmasından sonra bir çox ölkə Cənubi Afrika ilə sərhədlərini bağlamış və bütün uçuşları dayandırmışdı.
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu