ÜST-dən XƏBƏRDARLIQ: Alkoqollu içkilər xərçəngə səbəb ola bilər

ÜST-dən XƏBƏRDARLIQ: Alkoqollu içkilər xərçəngə səbəb ola bilərÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunda qadınlarda düz bağırsaq xərçəngi və döş xərçəngi kimi bir sıra onkoloji xəstəliklərin yaranması ilə alkoqollu içkilərin kiçik dozalarda belə qəbulu arasında birbaşa əlaqənin olduğunu müəyyənləşib.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Regional Bürosunun yeni bülletenində məlumat verilir.
ÜST bəzi xərçəng növlərinin və bununla birgə onlarla digər qeyri-yoluxucu xəstəliklərin alkoqollu içkilərlə əlaqəli olması barədə xəbərdarlıq edir. Avropa regionunda alkoqollu içkilər hər gün 2 min 545 nəfərin ölümünə səbəb olur. Təkcə 2018-ci ildə 180 min nəfər bu səbəbdən xərçəng xəstəliyinə tutulub. Onlardan 92 min nəfəri həyatını itirib.
"Bu, heç də xərçənglə bağlı növbəti adi "qorxuducu" təzyiq deyil. Alkoqollu içkilərin hətta kiçik dozalarla qəbulunun belə onkoloji xəstəliklərə səbəb olması barədə əlimizdə inandırıcı faktlar var. İctimaiyyət bilməlidir ki, tərkibi əsasən etil spirtinin qatışığından ibarət olan alkoqollu içkilərin qəbulu xərçəng xəstəliyinin yaranmasına səbəb olur", - deyə ÜST-nin Avropa bürosunda ölkə proqramları şöbəsinin direktoru Nino Berdzuli söyləyib.
Belə ki, Berdzulinin sözlərinə görə, 2018-ci ildə ÜST-nin Avropa regionunda təxminən 45 min 500 nəfər qadında süd vəzi xərçənginə səbəb olmuş alkoqollu içkilər 12 min nəfərin həyatına son qoyub. Bundan əlavə, alkoqollu içkilərin qəbulu nəticəsində təxminən 59 min 200 nəfər qadın və kişidə çənbər və düz bağırsaq xərçəngi yaranıb ki, onların da 28 mini həyatını itirib.
Bu rəqəmlər ÜST tərəfindən hazırlanmış "ÜST-nin Avropa regionunda alkoqol və xərçəng: daha effektiv profilaktikaya çağırış" adlı yeni məlumat bülletenindən götürülüb.
Alkoqollu içkilərin qəbulu səbəbindən 2018-ci ildə regionda xərçəng xəstəliyinə tutulma hallarının 11 faizinin əksəriyyətində gündəlik doza bir şüşə pivədən (500 ml.), iki stəkan şərabdan (200 ml.) və ya 60 ml. spirtli içkidən artıq olmayıb.
ÜST Avropa regionundakı ölkələri alkoqollu içkilərin qəbulunu azaltmaq və bu problemlə bağlı vətəndaşların məlumatlılığını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırıb.
"Bu istiqamətdə müvafiq tədbirlər artıq bir sıra ölkələrdə tətbiq olunur. Lakin görülən işlər səmərəli olsa da, onlar regionun bir çox ölkələrində hələ də kifayət qədər populyar deyil. Biz tədbirlərin səmərəli nəticələr verdiyini bilirik. Bizə sadəcə onların tətbiqinin miqyasını genişləndirmək lazımdır", – deyə ÜST-nin Avropa Ofisinin alkoqol və qanunsuz narkotik maddələr üzrə proqram rəhbəri Kartina Feyrerra-Borges qeyd edib.

Sağlamlıq     Baxılıb: 2198   Tarix: 19 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

geymler 2026 geyim və ayaqqabılar yaz geyimleri 2026 azadqadin baliq qulagi displaziya cinsi münasibətlər kosmetika babasil azerbaycanli is adami amerikada gullelendi bir arzum var qurd xəstəliklərinə qarşı mualicə sirin qogal