ÜST: Pandemiya bu il bitə bilər

ÜST: Pandemiya bu il bitə bilərÜmumdünya  Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında danışan Tedros Adhanom Qebreyesus 2022-ci ildə COVID-19 qlobal fövqəladə vəziyyətinə son qoymaq barədə planın təfərrüatlarını paylaşıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, baş direktor qeyd edib ki, pandemiya bu il bitə bilər.
Qebreyesus virusun təkamülü üçün 3 ssenarinin olduğunu ifadə edib: "Ən yaxşı ssenaridə bundan sonra gücləndirici doza tələb etməyəcək bir neçə variant görəcəyik. İkinci ssenaridə virusun təkamülə davam etdiyini görə bilərik, lakin peyvəndlər sayəsində xəstəliyin ağırlaşma dərəcəsi azalıb. Ən pis halda bundan sonra virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və heç bir peyvəndin bu yeni təhlükəyə qarşı işləmədiyini görə bilərik".
COVID-19 ilə mübarizə vasitələrindən yaxşı istifadə etməklə epidemiyanın asanlıqla nəzarət altına alına biləcəyini vurğulayan Qebreyesus əlavə edib ki, peyvəndlərə və müalicəyə ədalətli çıxış təmin etməklə bir çox insanın həyatını xilas etmək mümkündür.
O, bu çərçivədə 2022-ci ilin ortalarına qədər hər bir ölkə əhalisinin 70 faizinin peyvənd edilməsi hədəfinin kritik əhəmiyyət daşıdığını xatırladıb: "İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu hədəfə daha çox çatsa da, bir çox ölkə, xüsusilə Afrika ölkələri bu hədəfin kölgəsində qaldı. Afrika əhalisinin 83 faizi hələ də bir doza peyvənd almayıb. Bu, mənim üçün qəbuledilməzdir".
Rusiya-Ukrayna müharibəsinə gəlincə, Qebreyesus ÜST-nin Rusiyanın Ukraynadakı hücumları nəticəsində zərər çəkmiş bölgələrə tibbi yardım göstərməyə davam etdiyini və səhiyyə sisteminin zərər çəkdiyi bölgələrə 160 ton tibbi avadanlıq paylandığını bildirib. Baş direktor Rusiyanın indiyədək Ukraynadakı səhiyyə mərkəzlərinə 82 hücum təşkil etdiyini, bu hücumlarda 72 nəfərin həyatını itirdiyini, 43 nəfərin isə yaralandığını deyib.
Tedros Adhanom Qebreyesus həmçinin Ukrayna, Əfqanıstan və Efiopiyaya humanitar yardımı davam etdirmək və COVID-19 ilə mübarizəyə dəstəyi davam etdirmək üçün təşkilatın 2,7 milyard ABŞ dollarına ehtiyacı olduğunu xatırladaraq beynəlxalq ictimaiyyəti köməyə çağırıb.

Sağlamlıq     Baxılıb: 1631   Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

geyim necə seçməli hamiləlik makiyaj instagram tecavuze ugrayan qadinlar qadini ehtiraslandiran sozler boyurtken kompotu qan qruplari kosmetika rus dili hakışta salatlar webnem tovuzlu qadin saglamlig