Üz quruluşuna görə psixoloji test - Fizioqnostika (FOTO)

Üz quruluşuna görə psixoloji test - Fizioqnostika (FOTO)Hər bir insanın xəstəlikləri onun üzündə yazılıb. Qadinsayti.az ANS PRESS-ə istinadən bildirir ki,fizioqnostika - məhz insan cizgilərinə əsasən bütün bunları bəlli edən elmdir. Qədim Çindən qaynaqlanan bu elm, öz aktuallığını günümüzdə də saxlamaqdadır.

Bu gün Çində insanın taleyini cizgilərindən oxuyan mütəxəssislər hələ də var. İşdir, yolunuz Çindən düşsə bəxtinizi sınaya da bilərsiniz. Sözü çox uzatmadan mətləbə keçək. Və xəbər tutaq ki, üzümüzdə nə yazılıb?

İnsanın alnı onun haqqında çox şey deyir. Məsələn tüksüz, iri, dairəvi formaya malik alın sahibinin cəsur insan olduğundan xəbər verir.

Uzun sifət və eyni zamanda uzun alına malik insan isə qəddardır. Kobud və qırmızı qaş – paxıl, qara hamar və düz qaşlarsa ürəyi açıq insana işarədir.

Orta ölçülü göz sahibləri ağıllı, iri və bərəlmiş gözlərsə tənbəl və yalançı insanı bəlli edir. İri gözlər lider insanlara xasdır.

Balaca göz – natiqlik qabiliyyəti olan birinə, uzun gözlərsə qəddar insana işarədir.

Qaçan gözlər dəyişkən xarakter və həyat tərzi sürən insana, xırda oynaq göz isə yalançı insana işarədir.

Gözlərin rəngi də danışır. Belə ki, qara , qəhvəyi və yaşıl rəngli gözlər həyat enerjisinə, mavi isə həssas və mehriban insana xasdır.

Burun da sizin sirrlərinizi aça bilər. Əyri və çıxıntılı burun – əli açıq, iti uclu burun sərt insana işarədir. Böyük və yekə dəlikli burun cəsur, qəlbi təmiz insanlara xasdır. Enli burun – kobud və yalançı insanlara aiddir.

Balaca ağız zəif xarakterdən, yekə ağız isə cəsarətdən xəbər verir. Uzun formalı ağız sahibi isə özünə qapalı şəxsdir. Balaca və qıraqları aşağı meyilli ağız - həssas insanı bəlli edir.

Dodaqlara gəlincə, nazik dodaqlar hər şeyə həssas yanaşan, balaca dodaqlar ağıllı insanlara məxsusdur. Böyük və üst dodağı sallaq insanlarsa paxıl və qərarsızdırlar. Böyük və alt dodağı sallaq formaya malik insanlarsa kinli və yelbeyindirlər.

İnsanın alnı mədə-bağırsaq sistemindən də xəbər verə bilir. Alındakı cizvələr, mütəmadi baş ağrıları və qızartılar bağırsaqlardakı problemdən danışır.

Qaşların arasındakı hissədə yaranan şişlər, qızartılar böyrəklərin xroniki problemlərindən danışır.

Gözlərin zəifləməsi bəzən bu heç də görmənin problemləri deyil. Siz böyrəklərinizlə bağlı ciddi problem yaşadıqda da bu vəziyyət yaranır.

Qalın qaşlar kişilərdə hormonal balansın ideal vəziyyətinə, qadınlarda isə cinsiyyət vəzilərinin probleminə işarədir.

Sallaq yanaqlar yuxuya olan təlabatdan, əsəb gərginliyindən agah edir.

Kirpiklərin tökülməsi genetik xəstəliklərdən, intoksikasiyadan, Gözlərin altındakı qızartı və şişlər isə orqanizmin zəifləməsindən xəbər verir.

Saçların gec uzanması zəif əsəb sistemindən, Sifətin tüklənməsi isə cinsiyyət orqanlarının disfunksiyasından danışır.

Soyuq və tez - tez tərləyən dəri böyrək xəstəliklərinin mövcudluğunu bildirir.

İri qırmızı dodaqlar kişilərdə impotensiyaya meyillilikdən, qadınlarda isə cinsiyyət vəzilərinin pozğunluğundan xəbər verir.

Böyük qulaqlar uzunömürlülüyə işarədir. Balaca qulaq yorğunluğa meyillilikdən, infarkta həssaslıqdan danışır.

Maraqlı     Baxılıb: 8849   Tarix: 11 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

turlar.az

qadın geyimi aksessuarlar toy gecesi sizanaqlara qarsi maska morugun faydalari arıqlama pəhriz faydalı qidalar kosmetika nağıllar novruza aid hakista kökəlmək üçün eqreb veten haqqinda atalar sozu