Üzümün faydaları

Üzümün faydalarıÜzüm uzunömürlü sarmaşığa bənzər meynə kolunun meyvəsidir. Onun meyvələri növlərindən asılı olaraq ağ, sarı, yaşıl, tünd-göy, bənövşəyi, qırmızı, qara gənglərdə və yumuru, uzunsov olur. Təkcə MDB ölkələrində üzümün 3000 növü yetişir. Üzümdən qədim zamanlardan istifadə edilib və bu giləmeyvə bütün zamanların ən sevimli meyvələrdən biri sayılıb. Üzüm kolu insanlar tərəfindən yetişdirilərək artırılır. O özünə qarşı xüsusi qulluq tələb edən bitkilərdəndir. Alimlər orta yaşlı insanın ehtiyacı olan bütün vitamin, makro və mikro elementləri üzümdən ala biləcəyini sübut etmişlər. Belə ki, insan il boyu 65-70 kiloqram üzüm yeyərsə, onun 1 illik vitamin və mineral balansı ödənmiş olur. Bu barədə insanların çoxunun xəbəri olduğuna görə bazarlarda satılan üzümün miqdarı günü-gündən artır. Üzüm məhsuldar bir meyvədir. Düzgün qulluq edildikdə bir üzüm kolundan 25 kq meyvə götürmək mümkün olur.
100 qram üzümün qida dəyəri:
- Zülallar - 0,6 qr
- Yağlar - 0,6 qr
- Karbohidratlar - 15,5 qr
- Su - 80,4 qr
- Kalori - 72 kKal.
Üzümün tərkibində 2-6% təbii turşular, 60% alma turşusu, 40% üzüm, limon və başqa turşular var. Üzümün turş dadmasına səbəb isə onun tərkibində olan sərbəst turşulardır. Üzümün tərkibi makro və mikro elementlərlə zəngindir. Tərkibində kaliumun çox olması üzümün ürək-damar xəstəlikləri üçün faydalı olduğunu sübut edir. Belə ki, üzümün tərkibində çoxlu miqdar kalium, maqnium, marqanes, kolbat, nikel, aliminium, kremin, sink, bor, xlor və s. var. Üzümün tərkibində müxtəlif fermentlər, hormonlar, vitaminlər, zülallar və çoxlu miqdarda təbii turşular var.
Üzümün tərkibi aşağıdakılarla zəngindir:
- A vitamini - 0,1 mr
- B1 vitamini - 0,05 mr
- B2 vitamini - 0,02 mr
- B3 vutamini - 0,3 mr
- B6 vitamini - 0, 6 mq
- C vitamini - 6 mq
- Biotin - 4 mq
- K vitamini - 4 mkq
- P vitamini - 45 mkq.
Üzümün tərkibi tokoferol, riboflovin, tiamin və erqokalsiferolla da çox zəngindir. Üzümün tərkibi pektinlə, əvəzoluna bilən və əvəz oluna bilməyən amin turşularla (lizin, qistidin, arqini, metionin, leysin və s.) doludur. Üzümün faydasının orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə nail olmaq üçün onu iki yemək arasında olan məsafə zamanı yemək lazımdır. Onu yeməkdən 1,5 - 2 saat sonra yemək orqanizm üçün daha faydalıdır. Üzüm bir çox xəstəliklərin baş verməsinin qarşısını alır. Onun tərkibində 150-dən çox bioloji aktiv maddə var. Mütəmadi olaraq üzüm yemək insanda bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Tünd rəngli üzüm bəlğəmgətirici təsirə malik olur və ondan bronxit, plevrit və ağciyərin vərəm xəstəliyi zamanı istifadə etmək xəstəliyin əlamətlərini aradan qaldırır. Üzüm giləsinin qabığında efir yağları, fitosterin maddələr, reveratrol-təbii fenol var. Böyrəklərin xroniki xəstəlikləri, qanazlığı, artrit, həzm sistemi narahatçılıqları, oynaqlarda ağrılar zamanı üzüm yemək xəstəliyin əlamətlərini azaldır. Üzümün tərkibində olanlar maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən artıq sidik turşusunun xaric olmasına səbəb olur. Gün ərzində az miqdar da olsa üzüm şirəsi içmək orqanizmin tonusunu yüksəldir, orqanizmi möhkəmləndirir. Sinir sistemi xəstəlikləri zamanı, qıcolmalarda, əzələlərin tonusu zəiflədiyində, üzüm şirəsi içmək xəstəliyin əlamətlərinin aradan qalxmasına səbəb olur. Üzüm şirəsinin müsbət xüsusiyyətlərindən biri də onun bağırsaqlarda köp və qaz əmələ gətirməməsidir.
Üzüm şirəsi orqanizmə sidikqovucu, bakteriasid, qəbizlik əleyhinə, öskürəkkəsici təsir göstərir. O qandan xolesteriin miqdarını azaldır, Amma üzüm şirəsini içərkən onu yeməkdən ən azı 1 saat əvvəl içmək lazımdır. Üzüm yarpaqlarının tərkibindən 2% şəkər, çoxlu miqdarda təbii turşular var. Üzüm tumalarının tərkibinin 20%-ni yağ turşuları, qətran maddələr, flabofen, lesitin, vanilin və sirkə turşusu var. Üzüm çəyirdəyi orqanizmə aktiv antioksidant təsir göstərir. Üzüm ağacının kökündə C vitamini, alkoloidlər, qlikozidlər, Si, Na, P, Fe, Cu var. Üzüm ağacının cavan zoğlarını yemək insanda olan kəskin baş ağrılarını azaldır, gözlərdə olan qaşınma əlamətlərini aradan qaldırır. Cavan zoğlar və ya üzüm yarpaqlarından əldə edilən şirə isə mədəni möhkəmləndirir, ürəkbulanmanı kəsir, qanlı qusmanı müalicə edir, bağırsaq və mədə yaralarını sağaldır, ödün tamamilə boşalmasına səbəb olur.
Üzüm şirəsinin saçlara sürtdükdə saçlar uzanır və möhkəmlənir.
Üzüm yarpaqlarından alınan şirə qanhayxırmanın da qarşısını alır.
Üzüm ağacının cavan zoğlarını qaynadıb ona şəkər əlavə edərək içmək ürəkdöyünməni azaldır, iştahanı artırır, spirtli içki qəbulundan sonra meydana çıxan toksikoz əlamətlərini aradan qaldırır.
Müasir tibbdə üzüm yarpaqlarından qəbizliyi aradan qaldırmaq üçün istifadə edilir. Üzüm yarpaqlarının soyuq suda dəmləməsini görmənin yaxşılaşması üçün istifadə edirlər. Dəmləmə revmatizma xəstəliyinin əlamətlərini aradan qaldırır. Dəmləməni hazırlamaq üçün 350 qram üzüm yarpaqlarını 3 litr soyuq suya salıb 3 gün saxlamaq və gün ərzində az-az içmək lazımdır. Üzüm yarpaqları cinsi zəifliyi aradan qaldırır. Qurudulmuş üzüm yarpaqlarını toz halına salıb burun qanaxmaları zamanı buruna tökdükdə qanaxma dayanır, yaraların üstünə tökdükdə sağalır. Üzüm şirəsi nevrasteniyanı, isteriyanı, ürəyin funksional xəstəliklərini sağaldır.
Üzümün zərərli xüsusiyyətləri
Şəkərli diabet xəstələrinə, diareyadan, kəskin və xroniki kolitdən, enterekolitdən əziyyət çəkənlərə çoxlu miqdarda üzüm yemək məsləhət görülmür. Ağır formalı vərəm xəstələrinə də həddindən çox üzüm yemək tövsiyə edilmir. III-IV dərəcəli piylənmə, xroniki qəbizlik, öden, mədə və onikibarmaq bağırsaq yarası xəstələri də üzüm yemək istəyərkən diqqətli olmalıdırlar. Mədəsində onkoloji xəstəlik aşkarlanan adamlara da üzüm yemək tövsiyə edilmir.
Üzüm və üzümdən hazırlanan məhsullara qarşı allergiyası olan xəstələrə üzüm yemək olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1466   Tarix: 20 may 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az