Uzun, sağlam, güclü və canlı saçlar üçün
Qarşıdan bizi isti yaz-yay günlərinin gözlədiyini nəzərə alsaq, fevral şaxta-soyuqdan çıxan saçlara qulluq üçün ən ideal zamandır. Xüsusilə qırılan, tökülən saçları mövsümə hazırlamaq şərtdir. Bunu etmək üçün heç də bahalı prosedurlara ehtiyac yoxdur. İstiPress evdə, əlinizin altında olan bir neçə məhsulla saçlarınızı daha parlaq. Canlı və tez uzanan etməyin yollarını təqdim edir:
Hind qozu südü
Zədələnmiş və tökülən saçların ən yaxşı təbii dərmanıdır. Onun tərkibi saçlar üçün önəmli olan maddələrlə - dəmir, yağ asitləri, kalium ilə zəngindir. Bu süd keratin kimi saçları möhkəmləndirir və onları qırılmadan qoruyur. Südün effektivliyini görmək üçün hər gün saç diblərinə sürtərək bir neçə saat saxlamaq kifayətdir.
Hind qozu südü
Hind qozu südü
Yumurta
Zədəli, tökülən saçlar üçün ən çox istifadə edilən məhsuldur. Yumurtanın ağı bərpaedici, qidalandırıcı xassəyə malikdir. Ağ yod, kükürd, sink, fosfor, dəmir və s. ilə zəngindir. Tərkibində yumurta olan maskalar tökülən saçların yerinə yenilərini çıxarır, onları sağlam, daha parlaq və yumşaq edir.
Yumurta
Yumurta
Soğan suyu
Qoxusu dözülməz olsa da, effektivliyi olduqca yükəskdir. Bu maska saç diblərində qan dövranını sürətləndirir, ölü hüseyrələrin yenilənməsinə kömək edir. Nəticədə saçlar daha tez və sağlam uzanır.
Soğan suyu antibakterial özəlliyə də sahibdir. Saç tökülməsinə səbəb olan mikrobları məhv edir. Həftədə bir dəfə saç diblərinə sürtərək bir neçə dəqiqə saxlamaq kifayətdir.
Soğan
Soğan
Kartof suyu
Quru, incə və qırılan saçları olanlar üçün əla vasitədir. Kartofun tərkibindəki B6, A və C vitamini dəriyə qulluq üçün idealdır. Eyni zamanda bu məhsulda fosfor, manqan, kalsium var. Keçəlləşmənin qarşısını alır, saçın qurumasına mane olur.
Kartof suyu
Kartof suyu
Limon suyu
Aşağı səviyyəli pH sayəsində ölü hüceyrələri təmizləyir, yağlanmanın qarşısını alır. Bu su başdakı kəpək probleminin həlli üçün də yaxşıdır.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Qabığında elə faydası var ki
Çinarədən yeni mahnı - AUDİO