Uzunmüddətli yuxusuzluq sağlamlıq üçün bir çox fəsadlar ortaya çıxara bilər - ARAŞDIRMA

Uzunmüddətli yuxusuzluq sağlamlıq üçün bir çox fəsadlar ortaya çıxara bilər - ARAŞDIRMAİnsomnia-yuxusuzluq yuxuya getməyin çətinləşməsi və ya çox erkən oyanaraq yenidən yuxuya gedə bilməmək kimi halların ümumiləşdirildiyi xəstəlikdir. Son dövrlər yuxusuzluq bir çox insanı narahat edən problemlərdən birinə çevrilib. Bu hal uzun müddət davam edərsə, sağlamlıq üçün bir sıra fəsadlar ortaya çıxara bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yuxusuzluğun yaranma səbəbləri, onun müalicə metodları ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı həkim-nevroloq Aydan Sultanova yuxusuzluğun yaratdığı problemlər və normal yuxu rejimi haqda danışıb: "Keyfiyyətli gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir. Statistikaya görə, yuxusuzluğa 30 faiz kişilərdə, 37 faiz isə qadınlarda rast gəlinir. Yuxu norması 18 yaşdan 64 yaşadək şəxslərdə 7-9 saat, 65 yaşdan yuxarı şəxslərdə isə 7-8 saatdır. Yeniyetmələr, yəni 14-17 yaş arası şəxslərdə isə bu, 8-10 saat təşkil edir. Orqanizmin tam bərpası üçün ən azı 7 saat lazımdır. "Çox qısa yuxu" adlandırılan yuxu 6 saatdan az davam edir".
Yuxusuzluq kəskin respirator xəstəliklərə yoluxma riskini 3 dəfə artırır
Həkim uzunmüddətli yuxusuzluğun orqanizmə mənfi təsirləri olduğunu vurğulayıb: "Bu problemdən əziyyət çəkən şəxslərdə beyin fəaliyyətinin (diqqətin, yaddaşın, qavramanın) azalması, immunitetin aşağı düşməsi (tədqiqatlara görə, kəskin respirator xəstəliklərə yoluxma riski 3 dəfə artır), insultun, ürək-damar xəstəlikləri riskinin artması, insulin dirənci, şəkərli diabet riskinin artması, artıq çəkinin yaranması, depressiv halların, suicidal fikirlərin artması kimi problemlər yaranır. Yuxusuzluğun bir neçə səbəbi var. Bunlara misal olaraq, güclü stres, əsəbilik, depressiya, psixi pozuntular, alkoqolun, narkotik, psixotrop dərmanların qəbulu, müxtəlif lokalizasiyalı xroniki ağrılar, somatogen xəstəliklər (aritmiyalar, mədə-bağırsaq xəstəlikləri, endokrinoloji xəstəliklər və digərləri), vaxt və zonaların dəyişdirilməsi, səyahət, iş rejimi (gecə növbələri) kimi halları göstərmək olar. Eyni zamanda, elektron cihazların çox istifadəsi beyini çox stimulyasiya edir. Narahat şərait - çox isti və ya soyuq hava, səs-küy, işıqlı məkan, sərt döşək, hamiləliyin son trimestri kimi hallar da yuxusuzluğun ortaya çıxmasına səbəb ola bilər".
Həkim normal yuxunun bərpası üçün bir sıra məsləhətlər verib: "Emosional gərginlikdən uzaq durmaq, son qida qəbulunun yuxudan 3 saat əvvəl olmasına diqqət etmək, axşamlar kofedən, tünd çaydan, alkoqoldan imtina etmək lazımdır. Temperatur, rütubət, sakitlik, qaranlıq kimi halları nəzərə alaraq komfort şərait yaratmaq effektlidir. Rəqəmsal detoks, yəni yuxuya getməzdən 1,5 saat əvvəl bütün qadjetlərden, televizordan uzaq durmaq lazımdır. Yuxu ritualını duş qəbulu, pijama, yüngül masaj rejiminə uyğunaşdırmaq olar. Yuxusuzluğun müalicə metodları çoxdur, lakin peşəkar yanaşma olmasa, effektivliyi və keyfiyyəti az olacaq".
Yuxusuzluq sindromu daha çox yaşlı nəsildə rast gəlinir
Həkim-nevroloq Jalə Qarayeva gündəlik vərdişlərdə edilən sadə dəyişikliklərin çox zaman yuxusuzluq problemi üçün ideal köməkçi ola biləcəyini deyib: "Uzun müddətdir davam etməyən yuxusuzluğu qismən ev şəraitində müalicə etmək olar. Lakin bu problem sizin iş fəaliyyətinizə mənfi təsir edirsə, səbəbini aydınlaşdırmaq və müalicə metodunu müəyyənləşdirmək üçün həkimə müraciət etmək məsləhətlidir. Bəzən həkimlər pasiyenti xüsusi test üçün yuxu mərkəzinə yönləndirirlər. Bu qətiyyən qorxmağa səbəb deyil. Vaxtında və düzgün edilən müalicə bir çox xəstəliyin həlli istiqamətində atılmış ilk düzgün addımdır".
Həkim-nevroloq yaşla əlaqəli yaranan yuxusuzluğa diqqət çəkib: "Yaşlı insanların əksəriyyətinin yuxu rejimində dəyişikliklər baş verir. Yaşlandıqca ətrafdakı səs-küy nevroloji cəhətdən daha çox diqqət çəkir. Yaşla bağlı daxili saat tez işləyir və nəticədə daha tez yoruluruq. Fiziki cəhətdən daha passiv olmaq keyfiyyətli gecə yuxusuna müdaxilə edə bilər. Sağlamlıqdakı dəyişikliklər - artrit və ya bel problemləri, narahatlıq, xroniki ağrılar yuxuya mane olan amillərdir. Yaşlı insanların gənclərə nisbətən daha çox dərmandan istifadə edirlər. Bu da dərmanlarla əlaqəli yuxusuzluq probleminin rastlaşma tezliyini artırır. Məhz bu səbəblərdən yuxusuzluq sindromu daha çox yaşlı nəsildə rast gəlinir".
İnsanların təxminən 20 faizə qədəri xroniki yuxusuzluqdan əziyyət çəkir
Həkim-nevroloq Nailə Ələkbərova yuxusuzluğun müalicə olunmadığı təqdirdə ciddi sağlamlıq problemlərinə, hətta ani ölümə gətirib çıxara biləcəyini deyib: "Yuxu bədənə istirahət, canlanma, yenilənmə kimi təsir edir, bəzi vacib hormonlar, xüsusilə melatonin və böyümə hormonu yuxuda ifraz edilir. Yuxusuzluq vaxtında müalicə edilmədiyi zaman bir sıra ciddi xəstəliklər üçün zəmin yarada bilər. İnsanların təxminən 20 faizə qədəri xroniki yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluğun bir xəstəlik kimi qəbul edilməsi üçün onun ən azı 3 ay davam etməsi lazımdır. Tədqiqatlar göstərir ki, gecə 6 saatdan az yatan insanlarda yüksək qan təzyiqi, ürək-damar problemləri, şəkərli diabet, piylənmə, depressiya kimi problemlər yaranır. Yuxusuzluq sonrası beyin zehni fəaliyyət göstərmək üçün daha çox güc sərf etməyə məcbur olur. Bu səbəbdən həmin şəxslərdə baş ağrısı, halsızlıq, yorğunluq, diqqət əksikliyi, yaddaşın zəifləməsi, iş və öyrənmə qabiliyyətinin azalması müşahidə edilir".
Mütəxəssislərin fikirlərinə əsasən qeyd edək ki, yuxusuzluq həyat keyfiyyətini aşağı salır. Sözügedən xəstəlikdən əziyyət çəkən insanların iş və yol qəzaları törətmək halları artır. Uzun zamandır problemi özündə müşahidə edənlərin mütəxəssisə müraciət etmələri tövsiyə olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1388   Tarix: 05 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

makiyaj instagram donlar 2026 sade makiyaj sekilleri salatlar şir bürcü 2026 qadın ayaqqabı modelləri ayaqqabı kosmetika bayatı ekizler balıq arxadan olmaq faydalı məsləhətlər