Vaksinasiya bundan öncəki pandemiyalarda özünü doğrultmuş bir üsuldur

Vaksinasiya bundan öncəki pandemiyalarda özünü doğrultmuş bir üsuldurVaksinasiya pandemiyanı bitirməyin ən optimal yollarından biridir. Tarixə nəzər salsaq, pandemiyalar üç yoldan biri ilə sona çatıb: kollektiv immunitetin əmələ gəlməsi, vaksinasiyanın kütləvi tətbiqi, virusun özü-özünü öldürəcək səviyyədə mutasiyaya uğraması ilə. Kollektiv immunitetin yaranması bir az sual işarəsi altında qalır. Çünki bu günə qədər olan təcrübələr göstərir ki, virusa qarşı davamlı immunitet əmələ gəlmir. Bir neçə ayda qoruyuculuq itirilir. Buna görə də kollektiv immunitet məsələsi çox optimal yol olaraq görünmür. Dövlətin marağında da hamının virusa yoluxması kimi bir durum söhbətin mövzusu deyil. Virusun öz-özünü öldürərək pandemiyanın bitməsi də çox ehtimal olunan vəziyyət deyil. Çünki xəstələrin 80 faizi onu çox yüngül formada keçirirlər. Yüngül keçirilən xəstəlikdə də virusun mutasiyaya uğrama ehtimalı azalır. Əgər xəstəlik ağır keçirilərsə və virus orqanizm tərəfindən daha şiddətli cavaba məruz qalarsa, o zaman mutasiyaya uğraya bilər. Beləliklə, tək çıxış yolumuz vaksinasiya qalır. Vaksinasiya bundan öncəki pandemiyalarda da özünü doğrultmuş bir üsuldur. Ölkəmiz vaksin istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir, ən optimal və effektiv vaksinin əldə olunması üçün danışıqlar aparır. 2021-ci ilin başlanğıcından xüsusi risk qrupunda olan şəxslərin vaksinasiyası planlaşdırılır. Sonra əhalinin digər kontingenti də vaksinasiya üçün hazırlanacaq. Vaksinasiyanın ölkəni tam əhatə etməsi üçün 1-2 il zaman keçəcək. Bu müddətdə də ən effektiv tədbir maska, sosial məsafə və əl gigiyenasına riayət etməkdir.
Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
"Dünyada respirator etika deyilən bir məfhum mövcuddur. Bu, o deməkdir ki, özündə hər hansı bir respirator əlamətlər hiss edən vətəndaşlar ya evdən çölə çıxmır, çıxsalar da maska taxarlar. Nəticə etibarilə kimsənin həyatını riskə atmazlar. Bizim də ölkəmizdə respirator mədəniyyətin daha da inkişaf etməsini istərdim. Təəssüf ki, hər gün adı portala düşən koronavirus xəstələrinin daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılması və ya barələrində cinayət işinə başlanılması haqqında xəbərlər oxuyuruq. Hələ virusa yoluxub test verməyən aramızda dolaşanlar da az deyil. Buna nəzarət etmək çox çətindir. Lakin burada vətəndaşın düşüncə tərzi böyük rol oynayır. Virus daşıyıcısı olan şəxs özündən çox ətrafına zərər verir. Müalicə metodları nə qədər inkişaf etsə də, ən effektiv yol xəstəliyə yoluxmamaqdır. Yoluxduqdan sonra hər kəsin həyatı risk altında olur", - deyə F.Sədirov bildirib.
Həkim-infeksionist evdə müalicə alan və özbaşına dərman qəbul edən koronavirus xəstələrindən də bəhs edib: "Evdə müalicə ciddi nəzarət altında olmalıdır. Əfsuslar olsun ki, son zamanlarda pandemiya xəstəxanalarına müraciət edən xəstələrin əksəriyyəti xəstəliyin ilk günlərindən etibarən antibakterial, hormonal, steroid kimi preparatların kütləvi istifadəsi nəticəsində ağırlaşıb gələn xəstələrdir. Bu, qətiyyən yolverilməzdir. Xəstəliyin ilk bir həftəsi və on günü virusun çoxaldığı replikativ mərhələsidir. Bu mərhələdə heç bir şəkildə immun sisteminə müdaxilə etmək olmaz. Çünki bizim immun sistemi ilk bir həftədə maksimum dərəcədə virusu uzaqlaşdırmağa və onu neytrallaşdırmağa çalışır. Antibakterial preparatların, xüsusilə steroidlərin istifadəsi immun sisteminin cavabını susdurur və beləliklə, biz virusun bədənimizdən çıxmasını gecikdiririk. Bu da daha çox zərər və ölümə gətirib çıxarır. Mütləq şəkildə xəstəliyin ilk həftəsində xəstəyə sadəcə maye və vitaminoterapiya ilə müalicə təyin olunmalıdır. Ehtiyac yarandığı halda xəstələrə sırf həkim nəzarəti ilə əlavə müalicələr təyin oluna bilər. Antibiotiklər adından da bəllidir ki, antibakterial preparatlardır. Bu xəstəliyin törədicisi isə virusdur. Antibakterial preparatların virusa heç bir şəkildə, heç bir dozada təsiri yoxdur. Statistik araşdırmalara görə, koronavirus xəstələri arasında ikincili bakterial infeksiyadan ağırlaşma ehtimalı 9 faizdir. Yəni xəstələrin 91 faizinin antibiotikə ehtiyacı yoxdur. Qızdırma antibiotikə başlamaq üçün göstəriş deyil. Viral xəstəliyin gedişatında 10-14 gün arası qızdırma, 21 günə qədər öskürək davam edə bilər. Öskürək və qızdırmanın olması antibiotik və hormonal preparatların qəbuluna başlanılması üçün göstəriş deyil. Bu, xəstələrin vəziyyətini ağırlaşdırmaqdan başqa heç bir işə yaramayacaq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1388   Tarix: 30 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

qaşların formalari kosmetika mehsullari donlar 2026 abqoranin hazirlanmasi qadin.az mələk kartları çək byanka kosmetika hakista sozler novruz hakista novruz bayrami hakisda novruz bayramina aid hakista qoğalın nağlı