Vaksinləşmə pandemiyanın qarşısının alınmasında mühüm rol oynayacaq

Vaksinləşmə pandemiyanın qarşısının alınmasında mühüm rol oynayacaqVirus tam mənada canlı orqanizm olmadığına görə, onun inkişafı və çoxalması üçün hansısa başqa orqanizmə ehtiyac var. COVID-19 infeksiyasını heç bir əlamət olmadan keçirənlərin orqanizmində virus qalır və onlar daşıyıcı rolu oynayırlar. Virusun zəiflədilmiş variantının vaksin şəklində bədənə yeridilməsi nəticəsində orqanizm virusa qarşı proteinlər sintez etməyə başlayır və immunitet yaranır. Gələcəkdə isə yoluxma zamanı xəstəliyi yüngül keçirmək mümkün olur, letallıq səviyyəsi aşağı düşür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə mama-ginekoloq Nərmin Muradova məlumat verib.
Həkim qeyd edib ki, gələn ilin ilk aylarında ölkəmizdə vaksinləşmə prosesinə başlanılacaq. Onun İlk olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı olanlar arasında aparılması nəzərdə tutulub: "COVID-19 infeksiyasının inkişaf etməsi üçün onun canlı orqanizmə ehtiyacı var. Bu virus yalnız orqanizmə düşdükdən sonra inkişaf etməyə başlayır. Bəzi insanların bu xəstəliyi simptomsuz keçirməsi və təcrid olunmaması başqalarının da yoluxmasına və xəstəliyi daha ağır keçirməsinə səbəb olur. Xəstəliyin ağırlıq dərəcəsi immun sistemlərinin möhkəmliyindən, yanaşı xəstəliklərinin olub-olmamasından asılı olaraq müəyyən edilir.
Hazırda yoluxmaların azalmasının və xəstəliyin aradan qaldırılmasının yeganə yolu vaksinləşmədir. Vaksinləşməyə nə qədər tez başlanılarsa, infeksiyanın geniş yayılmasının qarşısını bir o qədər tez almaq olar. Peyvəndləmə mütləq şəkildə aparılmalıdır. Peyvənd ediləndən sonra yüngül qızdırma, başağrısı, kürək ağrısı ola bilər. Heç bir halda panikaya düşməyə ehtiyac yoxdur. Vaksinləşmə prosesi vaxtında həyata keçirilərsə, pandemiyanın qarşısını almaq mümkün olacaq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1318   Tarix: 30 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

qaşların formalari kosmetika mehsullari donlar 2026 abqoranin hazirlanmasi qadin.az mələk kartları çək byanka kosmetika hakista sozler novruz hakista novruz bayrami hakisda novruz bayramina aid hakista qoğalın nağlı