Valideynlər, DİQQƏT: Dırnaq yeyən uşaqlarda bu xəstəlik olur

Valideynlər, DİQQƏT: Dırnaq yeyən uşaqlarda bu xəstəlik olurQadinsayti.az ailem.az-a istinadən tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.

Valideynlər tez-tez lyamblioz kimi "qorxulu" diaqnoz ilə rastlaşır, vahimə içərisində həkimə müraciət edirlər, uşağın orqanizmini toksiki preparatlarla yükləyərək, təkrarən lyambliya əleyhinə müalicə kursları alırlar, nəticədə isə heç bir effekt görmürlər. Lyamblioz - əsasən uşaqlar arasında çox geniş yayılmış parazitar xəstəlikdir. Parazitlərlə bağlı kifayət qədər yanlışlıqlar və reallıqlar var.
Lyambliyalara aid olan hansı yanlışlar var? Gəlin aydınlaşdırmağa çalışaq.

Lyamblioz barədə yanlışlar

Yanlış №1. Lyambliyalar gözlə görünən qurdlardır.
Əlbəttə ki, yox! Lyambliyalar qurdlara aid olmayan mikroskopik parazitlərdir. Təbii ki, ancaq mikroskopun altında görünəcəklər.

Yanlış №2. Lyambliyalar qaraciyəri "yeyirlər" və öd kisəsində məskunlaşırlar.
Lyambliyalar adətən onikibarmaq bağırsaqda yaşayırlar. Sağlam öd tərkibində olan bakterisid öd turşuların hesabına onlara məhvedici təsir göstərir.

Yanlış №3. Müayinə üçün nəcisi laboratoriyaya isti vəziyyətdə aparmaq lazımdır, əks halda parazitlər aşkarlanmayacaq.
Laborantlar müayinə zamanı nəcisdə adətən lyambliyaların hərəkətsiz olan "sist" formasını aşkar edirlər. Sistlər ətraf mühitdə, həmçinin nəcisdə aylarla qala bilirlər.

Yanlış №4. Nəticə əldə etmək üçün lyamblioz olan uşağı sonsuz olaraq müalicə etmək lazımdır.
Düzgün aparılan etaplı kompleks müalicə zamanı qısa müddət ərzində effekt əldə etmək olar.

Lyamblioz barəsində həqiqətlər

Gəlin, lyambliyalara aid olan doğru məlumatlarla tanış olaq.

Həqiqət №1: Uşaqda iştahasızlıq və inkişafdan geri qalma varsa, səbəbi parazitlərdir.
Lyamblioz həzm prosesinin pozulmasına gətirib çıxarır. Lyambliya olan uşaqlarda adətən iştahasızlıq halları baş verir. Onlar ətdən, yağlı qidadan imtina edir, şirniyyata, xəmir xörəklərinə meyllik göstərirlər.

Həqiqət №2: Uşaq dırnaq "yeyirsə", onda lyamblioz aşkar olunacaq.
Lyamblioz "çirkli əllər" xəstəliyidir. 90-95% hallarda dırnaq yeyən və barmaqlarını soran uşaqlarda lyambliyalar aşkar olunur.

Həqiqət №3: Uşağın qarnı tez-tez ağrıyırsa, orda nə isə "məskunlaşıb"
Qurd-parazit invaziyası zamanı, adətən uşağın qarnı ağrıyır.

Həqiqət №4: Pis yuxunun və övladınızın əsəbi olmasının səbəbi - parazitlərdir.
Uşağınızda boş yerdən əsəbilik yaranırsa, orqanizmdə qurd-paraziti yoxlamaq məsləhətdir. Lyambliyaların və qurdların toksinləri qana sorularaq, orqanizminin, həmçinin sinir sisteminin intoksikasiyasına səbəb olur.

Həqiqət №5: Dəridə qəhvəyi rəngdə ləkələr əmələ gəlirsə, lyamblioza yoxlanmaq lazımdır.

Lyamblioz zamanı dəridə, əsasən də üz və boyun nahiyələrində hipo və hiperpiqment ləkələr əmələ gələ bilər. Bundan əlavə, lyamblioz allergik xəstəliklərin kəskinləşməsinin səbəbi ola bilər.

Valideynlərin nəzərinə! Uşaqda, əsasən də səhərlər iştahasızlıq, ürəkbulanma, hərdən qusma, tez-tez qarında ağrılar, qəbizlik, ishal müşahidə olunursa, dərslərində yaddaş pozğunluğu, diqqətsizlik, əsəbilik qeyd olunursa, parazitlərə qarşı müayinənin aparılması məsləhətdir.

Xəbərlər     Baxılıb: 2121   Tarix: 04 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə ciddi təsir göstərir. Həkimlər bildirirlər ki, belə havalarda düzgün qidalanma sağlamlığı qorumaq və istilikdən yaranan narahatlıqların qarşısını alma

.

Beynimiz xəyalla reallığı ayırd edə bilmir?

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib. xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, hə

.

Arıqlamaq heç də həmişə sevindirmir

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər. Həkim Pərvanə Mustafayeva -a deyib ki, əsasl

.

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur. xəbər verir ki, ürəyə zərə

.

Ehtiras zamanı bədəndə nələr baş verir? – Maraqlı TƏFƏRRÜATLAR

İnsan bədəni ehtiraslandıqda sadəcə emosional deyil, eyni zamanda bioloji və kimyəvi dəyişikliklər də baş verir. Bu dəyişikliklər orqanizmin bütün sistemlərini əhatə edir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, seksua

.

Kimlərə şokolad olar, kimlərə isə olmaz?

Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki, hər kəsin sevimli ləzzətlərindən biridir. Digər qidalar kimi şokoladın da həddindən artıq qəbulu zərərlidir. xəbər verir ki, şokoladın əsas tərkib hissəs

.

30-40-50 yaşlarında bədəndə nə baş verir? - Gələcək xəstəliklər və qorunma yolları

Yaşın irəliləməsi ilə birlikdə onurğa sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Kalsium və D vitaminindən zəngin qidalanma iri yaşlarda onurğa xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bəs uşaqlıqdan 30, 40, 50 yaşların

.

Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı

Doktor Sateş Qanatranın rəhbərlik etdiyi amerikalı tədqiqatçılar dəniz suyunda mikroplastiklərin konsentrasiyası ilə 2-ci tip diabet, koronar ürək xəstəliyi və insult kimi xroniki xəstəliklərin yayılması arasında mümkün əlaqən

.

Ölümcül göbələk xəstəliyi sürətlə yayılır - Orqanları içdən çürüdür

ABŞ-də çox təhlükəli göbələk - Aspergillus fumigatus - sürətlə yayılır. xəbər verir ki, bu göbələk insan bədəninə daxil olaraq toxumaları çürüdə bilir. Onun səbəb olduğu xəstəlik - aspergilloz - xüsusilə immuniteti zəif ola

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetoloq geymler 2025 qaşların formalari 2025 ci ilin debi bayatilar oxucu mektubu suni mayalanma irem derici tut ağacı tutdudu qaynana hakista qiz burcu ariqla