Valideynləri qorxudan xəstəlik: uşaqların temperaturu yüksələndə nə etməliyik? – FAYDALI MƏSLƏHƏT

Valideynləri qorxudan xəstəlik: uşaqların temperaturu yüksələndə nə etməliyik? – FAYDALI MƏSLƏHƏTYüksək hərarət uşağın xəstələndiydən xəbər verən siqnallardan biridir. Buna görə də hərarəti salmağa çalışmadan əvvəl, onun simptomlarını üzə çıxarmaq lazımdır.
Milli.Az medicina.az-a istinadən uşaqlarda temperaturun qalxma səbəblərini təqdim edir:
Normal temperatur
Temperaturun normadan yüksək olduğunu bilmək üçün əvvəl normanı müəyyən etmək lazımdır. Çoxları elə düşünür ki, sağlam uşağın bədən temperaturu 36,6-ya bərabər olmalıdır. Amma bu, belə deyil. Temperatur yalnız uşağın yaşından deyil, həmçinin, günündən də asılı olaraq dəyişir.
Qeyd etmək lazımdır ki, uşaq 30 dəqiqə ərzində fiziki aktivlik edərkən də onun bədən temperaturu qalxa bilər. Uşağın 1 yaşına qədər bədən temperaturu sonrakı illərə nisbətən daha yüksək ola bilər. Bunun səbəbi uşağın beyninin istilik tənzimləmə funksiyasının lazımi qədər formalaşmamasıdır. Ona görə də südəmər uşaqlarda adətən bədən temperaturu 36,3-37,4 arası dəyişir. Əgər uşaq normal yeyir və yatırsa, o zaman narahat olmağa dəyməz.
Febril/subfebril temperatur
37-38 dərəcə intervalında olan temperaturu subfebril temperatur adlandırırlar.  Bu cür temperaturu aşağı salmaq tələb olunmur. Amma əgər subfebril qızdırma 5 gündən çox davam edərsə, o zaman bu orqanizmdə olan hər hansı bir problemdən xəbər verir. Buna görə də mütləq həkimə müraciət etmək lazımdır.
Febril qızdırma zamanı bədənin temperaturu 38,1-39 dərəcə arasında olur. Bu kifayət qədər yüksək temperatur hesab edilir. Buna görə də uşağın ümumi vəziyyətinə , dərisinə, nəfəs yollarına, limfa düyünlərinə diqqət yetirmək tələb olunur. Febril temperatur zamanı uşağa çoxlu maye içirmək lazımdır.
Aşağı temperatur
Hipotermiya  əsasən, soyuq ətraf mühit, infeksiya, nevroloji problemlərdən, metabolik və endokrin xəstəliklər səbəbindən meydana gələ bilər. Buna görə də temperaturun aşağı olduğu müşahidə edilən kimi həkimə müraciət edilməlidir.
Uşaqda aşağı temperatur  müşahidə edildikdə aşağıdakıları həyata keçirmək lazımdır:
- uşağın paltarlarını dəyişin
- onu isti ədyala bükün
- içməyə isti bir şey verin
- uşağa "qrelka" qoyun
- uşağın olduğu otaqda havanın temperaturunu artırın
Uşaqlarda olan simptomsuz yüksək temperatur
Uşaqlarda müşahidə edilən öskürəksiz və burun axıntısız yüksək temperatur valideynləri tupikə sala bilər. Belə olduqda onun səbəbini aşkarlamaq çətin olur.
İlk növbədə  uşağın əhvalına diqqət yetirmək lazımdır.  Əgər uşaq əzgin, yuxuludursa, yeməkdən imtina edirsə və dərisində qırmızı və ya qəhvəyi ləkələr əmələ gəlibsə, o zaman təcili olaraq həkim çağırın.
Əlavə əlamətləri olmadan uşaqların temperaturunun yüksəlməsi aşağıdakı hallardan yarana bilər:
• Dişlərin çıxmasına reaksiya. Damaqların partlaması zamanı körpələrdə hərarət yüksələ bilər. Çox vaxt eyni zamanda ağız suyunun axması da sürətlənir.
• Virus və ya bakterial mənşəli infeksiya. Virus infeksiyaları zamanı əvvəlcə bədənin hərarəti yüksəlir, daha sonra isə səpgilər meydana gəlir.
• Yüksək temperaturun səbəblərindən biri də kəskin otit ola bilər. Qulaq ağrısı  həmişə tədricən başlayır və uşağı ilk əvvəl narahat etmir. Daha sonra isə qulağın dib hissəsinə basıldıqda ağrı və diskomfort yarana bilər. Belə olan halda mütləq uşağı həkimə müayinə etdirmək lazımdır.
• Sidik yollarının infeksiyaları. Xəstəliyin aşkarlanması üçün sidik analizi verilməlidir.
• Uşağın bədəninin həddən artıq. Uşağın temperaturu bəzən xarici amillərin təsiri ilə də qalxa bilər. Məsələn, uşaq əgər günəşin altında çox dayanarsa, o zaman onun temperaturu arta və səhhəti pisləşə bilər. Uşağa yardım göstərin, onu daha sərin bir yerə apararaq çoxlu miqdarda su içirin. Əgər temperaturu həddən artıq yüksəkdirsə, o zaman uşağa qızdırmasalan preparatlar verin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1230   Tarix: 24 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

qaşların formalari aksessuarlar donlar 2026 qadin dunyasi az kisi ve qadin intim munasibetleri haxışta sözləri mahuddan tikilen kishi ust geyimi kosmetika novruz ağır itki masqalar lakonizm baldiz