Valideynlərin bəzi səhvləri uşağın immunitetini zəiflədir

Valideynlərin bəzi səhvləri uşağın immunitetini zəiflədirUşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.
Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz, uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.
Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız korlana bilər.
Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5 dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda qalmağa öyrəşdirmək lazımdır.
Uşaq doğulduğu gündən etibarən 2 saatdan az olmayaraq (buna uşağı tədricən öyrəşdirmək lazımdır) açıq havada olmalıdır. Bunun üçün "qırxın çıxmasını" gözləməyin! Gəzintiləri yalnız hava çox şaxtalı və küləkli olduqda təxirə salmaq olar.
Daha bir faydalı məlumatı da diqqətinizə çatdırmaq istəyirik. Bir yaşına qədər olan uşaqla (və ya uşaq gəzə bilmədiyi vaxta qədər) gəzintiyə çıxmağa hazırlaşarkən, uşağı həddindən artıq isti geyindirməmək üçün, çox sadə bir qaydaya əməl edin: uşağa geyindirdiyiniz paltar qatlarının sayı, sizin özünüzün geyindiyinizdən 1 qat artıq olmalıdır.
Uşağınız gəzməyə, daha sonra isə qaçmağa başladıqda, onun hərəkətliliyini də nəzərə almaq lazımdır. Bir yerdə qərar tutmayan uşağın "soyuqdan donması" böyüklərə nisbətən daha az ehimal olunur. Ona görə də uşağın paltarlarının qatının sayı sizdə olduğu kimi olmalıdır, artıq yox! Uşağın tərləməməsi üçün onun geyidiyi paltarlar təbii materiallardan olmalıdır. Yadda saxlamaq lazımdır ki, tərləmiş uşağın xəstələnmək ehtimalı çox yüksək olur.
Əksər hallarda biz uşağa ayaqyalın gəzməyi icazə vermirik. Bu zaman biz dərindən düşünməyərək, onu bu yolla bədənini möhkəmləndirməyin vacib üsullarından birindən məhrum etdiyimizi bilmirik. Həkimlər tez-tez ayaqyalın gəzən uşaqların immunitetinin xeyli dərəcədə yüksək olmasını qeyd edirlər. İnsanların pəncələrinin altında xeyli sayda bioloji aktiv nöqtələr mövcuddur ki, onların mexaniki və fiziki şəkildə stimulyasiyası orqanizmin immunitetini də yüksəldir. Ancaq bu zaman onu da nəzərə almaq lazımdır ki, uşağı ayağyalın gəzməyə (qışda isə nazik corablarda) alışdırmaq üçün bunu o gəzməyə başladığı ilk günlərdən, həm də sistematik şəkildə etmək lazımdır. Dəniz qumu və dəniz çınqılı üzərində ayağyalın gəzmək olduqca xeyirlidir. İmmunitetin möhkəmləndirilməsindən əlavə bu həm də yastipəncəliyin ən yaxşı profilaktik və hətta müalicə üsuludur.
İlin soyuq fəsillərində evdə xüsusi "trenajor" düzəltmək olar - vannaya qum və xırda çınqıl tökün və uşağı bu qumda gün ərzində bir neçə dəfə ayaqyalın "gəzdirin".
İmmunitetin mökəmləndirilməsi üçün digər yaxşı "trenajor" - xüsusi massaj xalçasının üzərində gəzməkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1191   Tarix: 05 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik qadin dunyasi geyim dəbləri kəpək baş ağrısı uşaqlara yemək hazırlama yeni dogulmus korpeye lazim olan esyalar kosmetika balıq faydalı məsləhətlər hakiwda dolca hakışta