Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? (VIDEO)

Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? (VIDEO)Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbir baş tutub.

BAKU. WS xəbər verir ki, tədbirdə məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə, həmçinin taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin"Fərqlənmə nişanları"nın alınması istiqamətində müxtəlif maarifləndirici məlumatların verilməsi olub.

Bu çərçivədə növbəti tədbir metronun "Qara Qarayev" stansiyası ətrafında keçirilib.

BNA müfəttişləri Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə hüquq və vəzifələrini, eləcə də qanunvericiliyin tələblərini izah ediblər.

Tədbirdə iştirak edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov da iştirak edib. Taksi sürücüləri ilə söhbət edən palkovnik onlara iradlarını bildirib. Əsədov həmçinin onların geyimləri ilə bağlı da öz tövsiyyələrini verib.

"Bu forma ilə siz taksi fəliyyəti ilə məşğul olursunuz. Olmazmı ki, daha səliqəli geyinəsiniz? Olmazmı ki, idarə etdiyiniz nəqliyyat vasitəsi daha yaxşı olsun? Olmazmı ki, sizin üçün ayrılmış yerlərdən istifadə edəsiniz?"-deyə polis rəisi taksi sürücülərinə öz iradını bildirib.

Sürücülər onların fəaliyyət göstərməsi üçün dayanacaqların olmamasından şikayətləniblər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mayis Ağayev bildirib ki, taksi dayanacaqları həm sürücülərə həm də sərnişinlərə sərf edəcək yerlərdə quraşdırılacaq.

Sektor müdiri əlavə edib ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakıda taksi dayanacaqlarının pasportlaşdırlımasına başlanılıb. BNA-nın xüsusi ekspert qrupu bütünü küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.

Maarifləndirici xarakter daşıdığından bugünkü tədbir zamanı dayanma və durma qaydalarının tələblərini pozan sürücülərə hər hansı cərimə protokolu tərtib olunmayıb. Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin tələblərinə riayət etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, BNA Bakı şəhər Yol Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib.

Xəbərlər     Baxılıb: 2538   Tarix: 18 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

turlar.az

toy makiyajlari makiyaj etmek qaydalari qis geyimləri 2026 balın faydaları mütləq bilməlisiniz xərçəng bürcü sellulit kosmetika xanim az insan dostluq big.az azerbaycanli is adami amerikada gullelendi