Varikosel nədir?

Varikosel nədir?Varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Amerikada hərbi xidmətə gedənlərin 20%-də varikosel görülür. Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir nəticədə, spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər böyük olur, bunu nəzərə alaraq varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyyə olunur. Varikosel, kişilərdə ən çox qarşılaşdığımız və mikroskopik cərrahiyyə ilə müvəffəqiyyətli nəticələr aldığımız sonsuzluq səbəbidir. Hətta iseminasiya (aşılama) planlanan cütlükdə varikoselin olması mayalanma qabiliyyətini azaldır. Ölkəmizdə ailələrin əksəriyyəti daha gənc yaşlarda qurulduğundan varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.

Varikosel hansı şikayətlərə səbəb olur?

Varikosel əsasən xayalarda şişkinlik,ağrı və sonsuzluq şikayəti ilə müraciət edən pasientlərdə müayinə zamanı aşkar edilir. Varikosel olan xayanın atrofiyasına (həcminin azalmasına), qasıqda, aralıqda və xayalarda ağrıya səbəb olur, uzun müddət ayaqda durduqda, ağır işlər gördükdə ağrılar arta bilir.

Diaqnozu necə qoyulur?

Varikosel fizik müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.

Varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T (testosteron) – nun miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.

Hansı üsulla müalicə olunur ?

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etidiyi yalnız mikroskopik cərrahiyədir, mikroskopik əməliyyat 99%-a qədər effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 sonra olur.

Sağlamlıq     Baxılıb: 3396   Tarix: 23 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

toy gecesi yay geyimləri 2026 qaşların formalari cinsi münasibət dolça bürcü kəklikotunun faydası testlər kosmetika cekc pornuxa fitat bayatilar ginekoloq qiz evi haxista