Varikoz xəstəliyi: ayaqlarınızın gözəlliyini itirməyin

Varikoz xəstəliyi: ayaqlarınızın gözəlliyini itirməyinVarikoz xəstəliyi - səbəbləri və simptomları...
Varikoz xəstəliyi ilə insanlıq çoxdan tanışdır. Əslində bu, iki ayaq üzərində gəzməyə görə bir növ hesablaşmadır. Bu zaman ağırlıq bərabər paylanmır ki, bu da qan dövranının çətinləşməsi və nəticədə varikozun yaranmasına səbəb ola bilər.
Varikoz xəstəliyi - damarların genişlənməsi ilə yaranan, ayaqların (aşağı ətrafların) damar sistemi xəstəliyidir.  Bu xəstəliyin yaranma səbəbləri müxtəlif ola bilər - genetik (irsi) meyillilik, fiziki aktivliyin olmaması, oturaq və "ayaqüstü" həyat və iş tərzi, artıq çəki, düzgün qidalanmama, hormonal preparatların qəbulu, siqaret çəkmə və s. Qadınlarda kişilərə nisbətən bu xəstəliyə meyillilik daha çoxdur, çünki onlar daha çox hormonal dəyişikliklərə (hamiləlik kimi) məruz qalırlar.
Varikoz tədricən inkişaf edir - əvvəlcə ayaqlarda ağırlıq və zoqquldama hiss olunur, yüngül şişkinlik əmələ gəlir, sonra bu şişkinlik artır, damarlar bilinməyə başlayır, daha sonra şişlər davamlı şəkildə yaranmağa başlayır ki, bu da açıq və sağala bilən venoz xoraların əmələ gəlməsi ilə sonlana bilər. Burdan belə bir nəticəyə gəlmək olar ki, varikoz xəstəliyinin müalicəsinə onun inkişafına imkan vermədən artıq ilk mərhələlərdən başlamaq lazımdır, ən yaxşısı isə ilk simptomları gözləmədən profilaktik tədbirlər görməkdir.
Varikoz xəstəliyinin müalicə metodları
Bədbəxt qədim misirli qadınları bu xəstəlikdən qurtarmaq üçün onların şişmiş damarlarını yandırır və ayaqlarını bez ilə sarıyırdılar. Xoşbəxtlikdən tibb sahəsi yerində saymır və xəstəliklərin müalicəsində daim yeni üsullar axtarılıb tapılır. Günümüzdə varikoz xəstəliyinin artıq daha mütərəqqi və ağrısız müalicə metodları vardır:
- qan damarlarının divarlarını gücləndirmək üçün venotoniklər və mazlar;
- varikoz üçün kompres ayaq geyimi (corablar, kalqotqalar) - bu geyim damarların genişlənməsini azaldır, qan dövranının yaxşılaşdırır və şişkinliyin yaranmasının qarşısını alır;
- lazer və fotoaqulyasiya -zədələnmiş damarlarda qan dövranının dayandırılması proseduru xüsusi şüalandırmanın köməyilə aparılır;
- Skleroterapiya - xüsusi "yapışdırıcı" preparatlarla zədələnmiş damarlara və qan damarlarına iynə vurulması;
- xalq təbabəti və evdə hazırlanan vasitələr (kompreslər, məlhəmlər, həlimlər).
Varikoz üçün müalicə vasitələrinin və kompres bezlərin sərbəst şəkildə satışda olmasına baxmayaraq özünümüalicə ilə də məşğul olmaq düzgün deyil. Ancaq həkim sizin üçün düzgün və effektiv olan terapiya sxemini, hətta ölçünüzə uyğun kompres corabları seçə və təyin edə bilər.
Hazırda varikoz xəstəliyinin müalicəsində cərrahi medaxilə ağır əməliyyat sayılmır. Siz demək olar ki elə həmin gün evinizə qayıda bilərsiniz. Ancaq bu o demək deyil ki, həkimə müraciəti belə ekstremal tədbirlərə ehtiyac duyulana qədər təxirə salmaq olar. Varikoz xəstəliyinin müalicəsi və profilaktikası ilə vaxtında məşğul olun, bu halda ayaqlarınızın gözəlliyini daim qoruyub saxlaya bilərsiniz!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3694   Tarix: 26 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Ən faydalı MEYVƏ

"Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur". qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kardioloq Aurelio Rojas deyib. Onun sözlərinə görə, kivi mədə-bağırsa

.

Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib. xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir

.

Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı

"Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur" mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücü şişirdildiyi qədər yüksək deyil". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyini

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Qadın həyatını məhv edən hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur. xəbər verir ki, hormonla

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

turlar.az

makiyaj instagram qadin dunyasi yemek reseptleri bayatilar vetene aid şirniyyat reseptləri hicablı geyimlər qəlyanaltı reseptləri kosmetika bürclər novruz bayramına aid hakıştalar kahfe falı qiz adlari xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır