Vəkilin iddiası: Evində çılpaq oyandım
Xanim.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Kadıkğy bölgəsində yaşayan praktikant vəkil iş yoldaşları ilə yeməkdən sonra evinə getmək üçün motosikl xidmət tətbiqi Scotty üzərindən bir nəqliyyat çağırıb.
Sabah oyandığında özünü motosikl sürücüsünün evində çılpaq halda tapdığını bildirərək yaşadıqlarını sosial mediada anlatıb. Bundan sonra polisə müraciət edib. Üzərindəki alt geyimlərini sübut olaraq polisə veren gənc hüquqşünas, motosikl sürücüsündən şikayətçi olub.
Polislər tərəfindən motosikl sürücüsü gizləndiyi evdə saxlanılıb. Məhkəmə şübhəlini şərti azadlığa buraxıb.
‘Heç bir şey xatırlamıram’
Şübhəlinin sərbəst buraxılmasına reaksiya göstərən zərərçəkmiş xanım., "Motosikl ilə daha tez gedəcəyimi düşündüyüm üçün sürücü çağırdım. Kaskı geydikdən sonra heç bir şey xatırlamıram. Məni Çəngəlköydə bir evə aparıb. Sabah oyananda üstümdə paltarlarım yox idi. Bu sürücü də yanımda idi. Şok ilə oyandım. Çox qorxmuşdum." dedi. Praktikant vəkil məhkəməyə müraciət edərək şübhəlinin sərbəst buraxılmasından şikayətçi olduğunu və həbs edilməsini tələb etdi.
SCOTTY: HESABI BAĞLANILDI.
Scotty isə olaydan sonra açıqlamasında "Bu hadisə bizə bildirildikdən sonra tətbiqetməmizin istifadəçisi olan sürücünün hesabı bağlanılmışdır, zərərçəkmiş istifadəçi və vəkili ilə əlaqə saxlanılmışdır, hadisənin aydınlatılması üçün bütün hüquqi işlər edilmişdir" bildirmişdir.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir