Virusoloq COVID-19 dalğasının nə zaman başa çatacağından danışdı
Qamaleya Mərkəzinin virusoloqu Aleksandr Butenko koronavirusa yoluxma hallarının nə vaxt azalacağını açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, bu barədə dəqiq proqnoz vermək çətindir.
"Çünki infeksiyaya təsir edən bir çox amillər var. İndi tendensiya yaxşıdır. Riyazi bir model qura bilərsiniz, əgər bu tendensiya bir-iki həftə davam edərsə, o zaman vəziyyətin düzəldiyinə doğru getdiyini söyləmək mümkün olacaq. Lakin yoluxmanın artımının hansı tarixdə başa çatacağını qəti şəkildə söyləmək hələ mümkün deyil", - Butenko "Sputnik" radiosuna açıqlamasında deyib.
Virusoloq əlavə edib ki, infeksiya üzərində tam qələbə üçün ehtiyat tədbirlərinə ciddi riayət edilməsi sistemi - "Çin nizam-intizamı" tələb olunur: "Onlar bu yolda böyük uğurlar əldə ediblər. Pandemiya orada başladı, lakin onlar onu məğlub edə bildilər. Biz də xalqımızı peyvənd etməyə təşviq etməliyik".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi