Virusoloqdan koronavirus müalicəsində istifadə edilən dərmanın ziyanları barədə xəbərdarlıq
Koronavirusa qarşı Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş dərman "Avifavir"ın hamilə qadınlar üçün təhlükəli olduğu ortaya çıxıb.
Publika.az Rusiya mətbuatına istinaədn xəbər verir ki, Qamlei Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Alşteynin dediyinə görə, bu dərman əvvəllər yuxu həbi kimi istifadə edilib və genetik deformasiyası olan uşaqların doğulmasına səbəb olub.
Professor dərmanın təxminən 20 il əvvəl Yaponiyanın "Favipiravir" bazasında sintez edildiyini qeyd edib:
"Sintez edildi və dəyişdirilmiş adlar altında buraxıldı... Bu dərman hamilə qadınlar üçün çox təhlükəlidir. Bu baxımdan, 60-cı illərin əvvəllərində yuxu həbi olaraq istifadə edilən məşhur dərman - talidomid kimi təsir göstərir".
Alim əlavə edib ki, Yaponiyada "Favipiravira" klinik sınaqları keçirilib, onun koronavirusun müalicəsində təsirsizliyini göstərib. Odur ki bu tapıntılar Rusiyada nəzərə alınmalıdır.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir" preparatının istifadəsini mayın 30-da təsdiqləyib. Əvvəllər bu dərmanın Ebolanın müalicəsində istifadə edildiyi bildirilib. "Avifavir yalnız Rusiyada koronavirusa qarşı qeydiyyata alınan ilk antiviral dərman deyil, həm də dünyanın ən perspektivli anti-COVID-19 dərmanıdır", - deyə Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriev bildirmişdi.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar