Vitaminlər

VitaminlərVitaminlər – üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilmişdir.

Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Canlı orqanizmlər vitaminsiz yaşaya bilməzlər. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır.

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklə-avitaminoz (sinqa,raxit,qanaxma,boyatmanın ləngiməsi) baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.

Vitaminlər iki qrupa bölünür:

a) suda həll olan (C vitamini və B qrupu vitaminlər),
b) yağda həll olan (A,D,E,K) vitaminləri aiddir.

C-vitamini
C-vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin tərkibində daha çox olur: itburnu, kələm, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, apelsin, limon, mandarin, alma, moruq və.s. həmçinin dalaq, qaraciyər, böyrəklərdə, beyində, at südündə C vitamini olur.

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir.Sinqa xəstəliyi C vitamini qəbul etməklə tezliklə müalicə olunur.

Yaşlı adamın C vitamininə gündəlik təlabatı: yüngül işdə 75-100 mq,ağır işdə 200-300 mq-dır.

B vitamini

B qrupu vitaminlərinə çoxlu vitaminlər (B1,B6,B11,B12) daxildir.Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur.

B1vitamini maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.Orqanizimdə bu vitamin olmadıqda ağır avitaminoz "beri-beri" (yuxusuzluq) xəstəliyi kimi təsvir edilir. B1vitamini almamiş adamlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1vitamini ən çox pivə mayasında, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, donuz ətində, qaraciyərdə, ürəkdə, beyində, yumurta sarısında olur.

Yaşlı adamın gündəlik norması 2-3 mq-dır. B12 vitamini daha çox istifadə edilir. Bu vitamin orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

A vitamini

A vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir.Ən çox gözün görmə qabiliyyətinə təsir göstərir.Onun çatışmazlığı toyuq korluğu xəstəliyinə səbəb olur. A vitamini, həmçinin orqanizmdə normal boy atma üçün zəruridir.Lakin çoxlu A vitaminin qəbulu da zarərli təsir göstərir. Ən çox qaraciyər, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur.

E vitamini

E vitamini hormonların, xüsusən cinsiyyət hormonu sintezini gücləndirərək insan və heyvanın balavermə qabiliyyətini artırır.Bu vitamin ən çox dana və donuz ətində, kərə yağında və yumurta sarısında olur. Yaşlı admın gündəlik norması 20-30 mq-dır.

D vitamini

D vitaminin çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur.Bu zaman uşaq gec boy atır,skelet düzgün formalaşmır, yəni orqanizmdə fosfor və kalsium duzları mübadiləsi pozulduğundan sümüklərin tərkibində duzlar çatışmır. Belə uşaqların qıçları əyri olur,başı çox boyüyür,döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür.Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulur. Bu vitaminin orqanizmdə çoxluğu da qorxuludur.Belə ki, bu zaman müxtəlif orqanlarda çoxlu kalsium toplanır.

D vitamini balıq yağında, qaraciyərdə, toyuq yumurtasının sarısında daha çox olur. Günəş şüasının təsiri altında da uşaqların orqanizmində D vitaminin əmələ gəlməsi güclənir. Beləliklə, vitaminlərlə tanışlıq göstərir ki. Onların orqanizmdə lazimi qədər olması maddələr mübadiləsinin normal getməsi üçün zəruridir. Deməli, hər bir adamın gündəlik qidasının tərkibində bütün lazimi vitaminlər olan yeyinti məhsulları təşkil etməlidir.

Sağlamlıq     Baxılıb: 2908   Tarix: 10 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetoloq geyim dəbləri yay geyimləri 2026 qadın sonsuzluğu ana haqqinda atalar sozleri goyemin faydasi qadinlarin seksi kosmetika şəhid haxisda rus dilini oyrenek 2ci ders şirin qoğal bayati