Xalq artisti doğum günündə SİRRİNİ AÇDI: " Ən gözəl hədiyyəni ondan aldım" - FOTO
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın sabah doğum günüdür. Aktrisa əlamətdar tarixi sənət dostlarının əhatəsində qeyd edəcək.
Xanim.az xəbər verir ki, təəssüratlarını yeniçağ.az-la bölüşən aktrisa yaşının üstə yaş gəlməsini Allahın lütfü kimi dəyərləndirib:
"Rəqəm üstünə rəqəmin gəlməsi o deməkdir ki, biz yaşayırıq. Demək ki, Allah bu yaşı da bizə nəsib etdi. O gün olsun 80-90 yaşımı da qeyd edim".
Xalq artisti hədiyyələrdən də danışıb:
"Mənim üçün ən gözəl hədiyyə tamaşaçı alqışı, sevgisi və çiçəklərdir. Bu hədiyyələri artıq almışam və yenə də davam edir. Qızımdan da maraqlı hədiyyələr gözləyirəm. O, hər il mənə əl işlərini, yazdığı gözəl şeirləri, çəkdiyi rəsmləri hədiyyə edir".
M.Əsədova gözəllik sirrini də açıqlayıb:
"Həmişə pozitiv düşünürəm, insanları sevirəm, səmimiyəm, içim təmizdir -bu da mənim gözəllik sirrim".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir