Xalq artistimiz yaraşıqlı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Gülyanaq Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Gülyanaq xanım, maşallah, balaca övladınız artıq böyüyür. Necə qulluq edirsiniz ona?

- Allah bacılarımı mənə çox görməsin. Sənət adamı olduğum üçün evdə çox vaxt keçirə bilmirəm. Demək olar ki, o 4 övladıma elə bacılarım baxır. Övladlarım məni demək olar ki, yaddan çıxarıb, onu sevirlər. Fikirləşirdim ki, aralarında qısqanclıq olar, çünki bundan kiçik oğlum çox qısqancdır. Məni sığallamasa, yatmırdı. Mən də onların mehriban olmasını istəyirəm, çünki biz də mehriban olmuşuq.

- Deyirlər ki, Gülyaz xanımla siz digər bacılarınızı sənətə gəlməyə qoymamısınız. Bu nə dərəcədə düzgündür?

- Ümumiyyətlə, heç vaxt bizim ailəmizdə belə bir hal baş verməyib. Əksinə mən sənət yoldaşlarımda eyni vəziyyəti müşahidə edəndə qınayıram ki, niyə bacınıza dəstək olmursunuz? Biz 6 bacıyıq, 6 bacının da son beşikləri Gülyazla mənəm. Biz necə onların qarşısına şərt qoya bilərdik ki, bu cığırı onlar bizə açıb. Mənim böyük bacım Kinayətin gözəl səsi var idi. 18 yaşı bitər-bitməz onu ərə verdilər. Rəhimə bacım da musiqi məktəbini bitirib, 2-ci kursda da ailə həyatı qurdu. Biz o bacıma baxıb Nəriman Əliyevin sinfinə gəlmişik. Mən sənətə Gülyazın dəstəyi ilə gəlmişəm. Sonra elə oldu ki, Gülyaz ailə həyatı qurdu, 4-5 il sənət həyatında fasilə verdi. Tamaşaçılar elə bilir ki, mən Gülyazı sənətə gətirmişəm. Gülyaz o vaxtı çox populyar idi, hətta Leylini də oynamışdı. Sadəcə olaraq Gülyazı ikinci dəfə yenidən sənətə qaytarmışam. Onun da yoldaşı tərəfdən bir az təzyiqləri var idi. Bütün bu yayılan söz-söhbətlər yalandır. 5 bacıma da qurban olum, onların hamısını çox istəyirəm. Onlar mənim övladlarımın anasıdır. Bizim bu günə qədər bir-birimizdən incikliyimiz olmayıb. Çünki biz evdən bu cür görüb, götürmüşük. Atam, anam sağ olsunlar bizə bu cür tərbiyə veriblər. Elə olub ki, ailədə biri olub, biri olmayıb, amma mehriban dolanmışıq. Bir-birimizin köhnəsini geyə-geyə böyümüşük. Uşaqlarımda da bugünkü gündə istedad olsa, onlara dəstək olaram.

- Həmişə qalmaqallardan uzaq durmusunuz. Ümumiyyətlə, sənət yoldaşlarınızla aranızı vurmaq istəyənlər olub?

- Bu cür söz-söhbətlər çox olub. Bəzən hansısa yerdən çıxanda o dəqiqə zəng ediblər ki, həmkarınız sizin arxanızca danışırdı. Biz bu söz-söhbətlərə heç vaxt reaksiya verməmişik. Bir dəfə də Xalq artisti Canəli Əkbərovla aramızı vurmuşdular. O bizi konsertinə dəvət etmişdi, işimiz olduğundan gedə bilməmişdik. Həmkarlarımızdan biri gəlib dedi ki, Canəli müəllim sizi söyüb. Təbii ki, biz buna da münasibət bildirmədik. İnsandır da, çox istədiyindən əsəbləşib nəsə ağzından çıxarda bilərdi. Canəli müəllim bizi tədbirlərin birində görəndə alnımızdan öpdü.

- Sənətə gələndə bu söz-söhbətləri gözə almışdınız?

- Ümumiyyətlə, bu sənətə gələn insanın bir gözü kor, bir qulağı kar olmalıdır. Hər xırdalığa getsək, orda nəsə problem çıxacaq. Mənə nahaqdan deyilən söz pis təsir edir. Gərək bir az soyuqqanlı olasan. Amma mən hər şeyi ürəyimə salıram. Gözümüzü bağlasaq belə, qulağımızı tıxasaq da, yenə də qanırıq. Bu cür problemlərlə dəfələrlə üzləşirik. Yenə də susuruq.

- Bəlkə susmağınız bu problemləri sizə yenidən yaşadır?

- Bəzən elə şeylər var ki, onları cavabsız qoymaq lazımdır. Susmayanda əksinə intriqa daha da böyüyür. Mən bu cür şeyləri sevmirəm. İndiyə kimi həyatda heç kimlə uzun müddətli küsülü qalmamışam. Heç kimə qarşı kin saxlamıram, incik qalanda bir müddət keçəndən sonra özüm addım atıram. Deyilən sözə elə cavab vermək olar ki, o özü utansın.

- Gənc həmkarlarınızın sənəti sizi nə dərəcədə qane edir?

- Mən həmişə sənətə yeni gələn gənclərə dəstək olmuşam, hətta onlarla duetlər də oxumuşam. Buna görə bəzən qınaqlarla da üz-üzə qalmışam. Gənclərə dəstək olmaq borcumuzdur, amma onlar da gərək özlərini doğrultsunlar da. Elə həmkarlarımız var ki, adlarını bir-iki dəfə eşidən kimi özlərindən razı olmağa başlayırlar. Sənətdən sui-istifadə etmək olmaz. Vallah biz sənətə gələndə bu cür olmamışıq. Nə qədər özlərini tərif etmək olar? Tərif onları uçuruma aparır.

- Yoldaşınız həmişə sizə dəstəkdir. Hətta bir çox yerlərə onunla birlikdə gedirsiniz. Amma zamanında onunla sizi ayırmaq istəyənlər də az deyildi.

- O məni həqiqətən çox sevir. Belə bir həyat yoldaşını mən çıraqla axtarsaydım da tapmazdım. Bu həqiqətən də bir etirafdır. Amma bütün bunlara baxmayaraq, paxıllığımızı çəkənlər olur. Hətta məni bir neçə dəfə "boşayıblar" da. Bir tamaşaçı bu günlərdə toyu danışmaq üçün zəng etmişdi, təsadüfən telefonu yoldaşım götürüb. Sonra mənimlə danışanda sevindi ki, demək ki, boşanmamısınız. Bəzən yoldaşım bu şayiələrə çox əsəbləşir. Onu da sakitləşdirirəm ki, nə deyirlər desinlər, biz ki, evimizdəyik.

- Yoldaşınızın qısqanclığı varmı?

- Xeyr, aşırı dərəcədə bir-birimizi qısqanmırıq. İnam olan yerdə qısqanclıq olmur. Hətta Mənsum İbrahimov ilə "Leyli və Məcnun" tamaşasını məşq edəndə o mənə ürəkdən dəstək olurdu. Mənə deyirdi ki, elə oyna ki, tamaşaçı sənə inansın. Başqa həyat yoldaşı olsaydı, bəlkə də heç icazə verməzdi.
Xalq artistimiz yaraşıqlı həyat yoldaşı ilə - FOTOLARXalq artistimiz yaraşıqlı həyat yoldaşı ilə - FOTOLARXalq artistimiz yaraşıqlı həyat yoldaşı ilə - FOTOLARXalq artistimiz yaraşıqlı həyat yoldaşı ilə - FOTOLAR

Xəbərlər     Baxılıb: 3761   Tarix: 01 avqust 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

sac duzumleri kosmetika mehsullari geyim şəkilləri hamileliyin elametleri saglamlig konservləşdirilmiş məhsullar qadın sonsuzluğu kosmetika kahfe kali arıqla yemek reseptleri naz mila usaq seirleri